https://sputnik.az/20230608/bmt-okean-ve-deniz-kenarinda-yasayanlara-xeberdarliq-edib-455697433.html
BMT okean və dəniz kənarında yaşayanlara xəbərdarlıq edib
BMT okean və dəniz kənarında yaşayanlara xəbərdarlıq edib
Sputnik Azərbaycan
Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean və dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir. 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T22:34+0400
2023-06-08T22:34+0400
2023-06-08T22:34+0400
okean
dünya xəbərləri
dəniz
səviyyə
https://cdnn1.img.sputnik.az/img/41159/33/411593317_0:160:3072:1888_1920x0_80_0_0_84a6bd7013bcea1babfc512914e0564b.jpg
BAKI, 8 iyun — Sputnik. BMT qlobal istiləşmənin okean və dəniz kənarında yaşayanlara mümkün dağıdıcı təsirləri barədə xəbərdarlıq edib. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 8 iyun – Dünya Okean Günü ərəfəsində açıqladığı məlumatına görə, 2022-ci ildə qlobal istiləşmə sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,15 dərəcə artıb və son səkkiz il müşahidələr tarixinin ən isti dövrü kimi qeydə alınıb. Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean və dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir.ÜMT-nin hesabatında deyilir ki, ötən il dəniz səviyyəsinin artım tempi son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici 1993-2002-ci illər ərzində orta hesabla ildə 2,27 millimetr, 2003-2012-ci illərdə 3,3 millimetr, 2013-2022-ci illərdə isə 4,62 millimetr təşkil edib. Buna insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının artması səbəb olub. Beləliklə, müşahidələrin aparıldığı son 30 ilin üçüncü on ilində dəniz səviyyəsinin artım tempi ilk on illə müqayisədə iki dəfə çoxdur. Hazırkı temp davam etsə, 2100-cü ilədək okeanlarda suyun ümumi səviyyəsinin 1-1,6 metr arasında yüksələcəyi ehtimal edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41159/33/411593317_171:0:2902:2048_1920x0_80_0_0_12ff7240c7f573ae583aebb9b181a4d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
okean, dəniz, səviyyə
BMT okean və dəniz kənarında yaşayanlara xəbərdarlıq edib
Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean və dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir.
BAKI, 8 iyun — Sputnik. BMT qlobal istiləşmənin okean və dəniz kənarında yaşayanlara mümkün dağıdıcı təsirləri barədə xəbərdarlıq edib. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 8 iyun – Dünya Okean Günü ərəfəsində açıqladığı məlumatına görə, 2022-ci ildə qlobal istiləşmə sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,15 dərəcə artıb və son səkkiz il müşahidələr tarixinin ən isti dövrü kimi qeydə alınıb.
Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean və dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir.
ÜMT-nin hesabatında deyilir ki, ötən il dəniz səviyyəsinin artım tempi son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici 1993-2002-ci illər ərzində orta hesabla ildə 2,27 millimetr, 2003-2012-ci illərdə 3,3 millimetr, 2013-2022-ci illərdə isə 4,62 millimetr təşkil edib. Buna insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının artması səbəb olub.
Beləliklə, müşahidələrin aparıldığı son 30 ilin üçüncü on ilində dəniz səviyyəsinin artım tempi ilk on illə müqayisədə iki dəfə çoxdur. Hazırkı temp davam etsə, 2100-cü ilədək okeanlarda suyun ümumi səviyyəsinin 1-1,6 metr arasında yüksələcəyi ehtimal edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.