https://sputnik.az/20230608/belediyye-sedrleri-icra-numayendesi-ve-restoran-direktoru-cerimelendiler-455729088.html
Bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələndilər
Bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələndilər
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumatına görə, bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələnib. 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T21:13+0400
2023-06-08T21:13+0400
2023-06-08T21:13+0400
bələdiyyə
cəmiyyət
cərimə
su
tullantı
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:2001:1125_1920x0_80_0_0_5361edb7b4166f8564e6e4f66528499a.jpg
BAKI, 8 iyun — Sputnik. Bakı və Şamaxıda bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 5-də Bakı şəhəri və Şamaxı rayonu ərazilərində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə Bakı şəhəri Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində "Sərin Meşə" adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:1773:1330_1920x0_80_0_0_690134ab1836e85c19bc758d3bd7c724.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bələdiyyə, cərimə, su, tullantı
bələdiyyə, cərimə, su, tullantı
Bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələndilər
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumatına görə, bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələnib.
BAKI, 8 iyun — Sputnik. Bakı və Şamaxıda bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 5-də Bakı şəhəri və Şamaxı rayonu ərazilərində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə Bakı şəhəri Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində "Sərin Meşə" adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.