https://sputnik.az/20230608/azerbaycanda-deyirmancilar-ve-meiset-texnikasi-uzre-ustalar-diploml-alacaqlar-455713476.html
Azərbaycanda dəyirmançılar və məişət texnikası üzrə ustalar diploml alacaqlar
Azərbaycanda dəyirmançılar və məişət texnikası üzrə ustalar diploml alacaqlar
Sputnik Azərbaycan
Bölgələrdəki peşə təhsili müəssisələrində açılan imkanlar tələbələrə peşə bacarıqlarının formalaşdırılması, dərslərdə əldə etdikləri nəzəri bilikləri... 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T19:49+0400
2023-06-08T19:49+0400
2023-06-08T19:49+0400
dəyirman
təhsil
peşə təhsili
cəlilabad
ixtisas
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424733126_0:69:3001:1757_1920x0_80_0_0_500f8d8699f13b26713e912bba4773f8.jpg
BAKI, 8 iyun — Sputnik. Azərbaycanda peşə-texniki məktəblərinin (orta ixtisas təhsili müəssisələri) şəbəkəsi genişlənir və yeni ixtisaslar açılır ki, onların da bəzilərinə hazırda ölkədə xüsusilə tələbat var. Bu və çox başqa məsələlər barədə brifinqdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərimov məlumat verib. Onun sözlərinə görə, ölkədə peşə təhsilinin inkişafı strategiyası hazırlanıb. Statistikaya görə, son beş ildə texniki-peşə məktəblərində təhsil alanların sayı artıb. Əgər 2018-ci ildə bu təhsil müəssisələrində 13400 tələbə təhsil alıbsa, 2022-ci ildə bu göstərici 19 mindən çox olub. 2026-cı ilə qədər tələbələrin sayı 28 min nəfər artacaq, üç ildən sonra isə bu rəqəm 40 mini keçəcək. Regionlarda texniki-peşə məktəbləri Kərimov qeyd edib ki, hər il yeni müasir texniki-peşə məktəbləri açılır. Eyni zamanda, onun sözlərinə görə, bu il belə bir təhsil müəssisəsi Cəlilabadda, 2023-cü ilin sonuna qədər isə Lənkəranda daha bir texniki-peşə məktəbi açılacaq. Dövlət Agentliyinin nümayəndəsi xüsusi vurğulayıb ki, hər iki müəssisə bu regionların və yaxın rayonların kadr tələbatının ödənilməsinə yönəlib. Belə ki, Cəlilabaddakı təhsil müəssisəsində kənd təsərrüfatı və mebel sənayesi üçün işçilər yetişdiriləcək. Bu, ilk təhsil ocağıdır ki, burada peşə bacarıqlarının formalaşdırılması üçün məktəbin yanında ferma tikilib. Bunun sayəsində tələbələr kənd təsərrüfatı məhsullarının saxlanması və daşınmasına qədər bütün istehsal zəncirini izləyə biləcəklər. Profili kənd təsərrüfatı və turizm olan Lənkəran təhsil müəssisəsində isə hotel fəaliyyət göstərəcək. Tələbələr orada işləyəcək və bundan əldə edilən bütün gəlirlər təhsil müəssisəsinin təminatına gedəcək. Beləliklə, tələbələr dərslərdə əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq edə biləcəklər. Qarabağ iqtisadi rayonunda işğaldan əvvəl 12 məktəb olub və səkkiz belə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan birinin təməli artıq Füzulidə qoyulub. Məktəbin 2025-ci ildə açılacağı gözlənilir. Sonrakı illərdə Quba, Qax, Qazax, Tovuz və digər rayonlarda da peşə təhsili mərkəzləri yaranacaq. Yeni ixtisaslar Kərimovun sözlərinə görə, Qarabağın iqtisadi inkişaf strategiyası yaşıl texnologiyaların inkişafına əsaslandığından, yeni tədris proqramlarının hazırlanmasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində texniki kadrların hazırlanması nəzərdə tutulacaq. Birinci mərhələdə, 2023-2024-cü illər ərzində agentlik Qarabağa köçürülməsindən altı ay əvvəl 6000-dən çox insanı ixtisasartırma kurslarına cəlb edəcək. Dövlət Agentliyi əmək bazarının tələbatını nəzərə alır, ona görə də ixtisaslar bankı müraciətlər əsasında formalaşır. Bu il avqust ayına yaxın "Şəbəkə inzibatçılığı", "Kənd təsərrüfatı və tikinti texnikasının istismarı üzrə mütəxəssis", "Kombinin quraşdırılması və təmiri üzrə usta", "Kondisionerin quraşdırılması və təmiri üzrə usta", "Kabelçi (lif-optik kabelin çəkilməsi üzrə mütəxəssis)", "Mexanik" kimi yeni ixtisaslar üzrə qəbul elan olunacaq. Bundan əlavə, Kərimov "Toyota Prius" kimi hibrid avtomobillərin təmiri üzrə mütəxəssis hazırlamaq üçün tədris proqramının başlandığını da elan edib. İkili təhsil Peşə təhsili sahəsində yeniliklərdən biri də ikili təhsil olacaq. Kərimov bildirib ki, yaxın vaxtlarda Türkiyənin turizm sahəsində uğurlu təcrübəsini nəzərə alaraq, agentlik bu ölkənin iki təhsil müəssisəsi ilə əməkdaşlıq etməyi planlaşdırır. Bundan əlavə, hazırda Azərbaycanın regionlarından daha 10 nəfər Almaniyada kənd təsərrüfatı ilə bağlı ixtisaslar üzrə təcrübə keçir. Qeyd edək ki, Azərbaycanda peşə təhsili pulsuzdur. İstəyən hər kəs ala bilər. Hazırda tələb olunan peşələr üzrə təlim kursu keçmək üçün sadəcə sənədləri təqdim etmək kifayətdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424733126_282:0:2717:1826_1920x0_80_0_0_e32a983fa7ec1286fe67041439c8357d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
dəyirman, peşə təhsili, cəlilabad, ixtisas
dəyirman, peşə təhsili, cəlilabad, ixtisas
Azərbaycanda dəyirmançılar və məişət texnikası üzrə ustalar diploml alacaqlar
Bölgələrdəki peşə təhsili müəssisələrində açılan imkanlar tələbələrə peşə bacarıqlarının formalaşdırılması, dərslərdə əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək imkanı verəcək.
BAKI, 8 iyun — Sputnik. Azərbaycanda peşə-texniki məktəblərinin (orta ixtisas təhsili müəssisələri) şəbəkəsi genişlənir və yeni ixtisaslar açılır ki, onların da bəzilərinə hazırda ölkədə xüsusilə tələbat var.
Bu və çox başqa məsələlər barədə brifinqdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərimov məlumat verib.
Onun sözlərinə görə, ölkədə peşə təhsilinin inkişafı strategiyası hazırlanıb. Statistikaya görə, son beş ildə texniki-peşə məktəblərində təhsil alanların sayı artıb. Əgər 2018-ci ildə bu təhsil müəssisələrində 13400 tələbə təhsil alıbsa, 2022-ci ildə bu göstərici 19 mindən çox olub. 2026-cı ilə qədər tələbələrin sayı 28 min nəfər artacaq, üç ildən sonra isə bu rəqəm 40 mini keçəcək.
Regionlarda texniki-peşə məktəbləri
Kərimov qeyd edib ki, hər il yeni müasir texniki-peşə məktəbləri açılır. Eyni zamanda, onun sözlərinə görə, bu il belə bir təhsil müəssisəsi Cəlilabadda, 2023-cü ilin sonuna qədər isə Lənkəranda daha bir texniki-peşə məktəbi açılacaq.
Dövlət Agentliyinin nümayəndəsi xüsusi vurğulayıb ki, hər iki müəssisə bu regionların və yaxın rayonların kadr tələbatının ödənilməsinə yönəlib.
Belə ki, Cəlilabaddakı təhsil müəssisəsində kənd təsərrüfatı və mebel sənayesi üçün işçilər yetişdiriləcək. Bu, ilk təhsil ocağıdır ki, burada peşə bacarıqlarının formalaşdırılması üçün məktəbin yanında ferma tikilib. Bunun sayəsində tələbələr kənd təsərrüfatı məhsullarının saxlanması və daşınmasına qədər bütün istehsal zəncirini izləyə biləcəklər.
Profili kənd təsərrüfatı və turizm olan Lənkəran təhsil müəssisəsində isə hotel fəaliyyət göstərəcək. Tələbələr orada işləyəcək və bundan əldə edilən bütün gəlirlər təhsil müəssisəsinin təminatına gedəcək. Beləliklə, tələbələr dərslərdə əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq edə biləcəklər.
Qarabağ iqtisadi rayonunda işğaldan əvvəl 12 məktəb olub və səkkiz belə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan birinin təməli artıq Füzulidə qoyulub. Məktəbin 2025-ci ildə açılacağı gözlənilir.
Sonrakı illərdə Quba, Qax, Qazax, Tovuz və digər rayonlarda da peşə təhsili mərkəzləri yaranacaq.
Kərimovun sözlərinə görə, Qarabağın iqtisadi inkişaf strategiyası yaşıl texnologiyaların inkişafına əsaslandığından, yeni tədris proqramlarının hazırlanmasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində texniki kadrların hazırlanması nəzərdə tutulacaq. Birinci mərhələdə, 2023-2024-cü illər ərzində agentlik Qarabağa köçürülməsindən altı ay əvvəl 6000-dən çox insanı ixtisasartırma kurslarına cəlb edəcək.
Dövlət Agentliyi əmək bazarının tələbatını nəzərə alır, ona görə də ixtisaslar bankı müraciətlər əsasında formalaşır. Bu il avqust ayına yaxın "Şəbəkə inzibatçılığı", "Kənd təsərrüfatı və tikinti texnikasının istismarı üzrə mütəxəssis", "Kombinin quraşdırılması və təmiri üzrə usta", "Kondisionerin quraşdırılması və təmiri üzrə usta", "Kabelçi (lif-optik kabelin çəkilməsi üzrə mütəxəssis)", "Mexanik" kimi yeni ixtisaslar üzrə qəbul elan olunacaq.
"Heç kimə sirr deyil ki, yayın gəlişi ilə kondisioner quraşdırma ustası tapmaq çox çətindir və bunun üçün əvvəlcədən növbə tutmaq lazım olur. Bu sahədə mütəxəssislərə böyük tələbatımız olduğundan, biz kondisioner və kombi sistemləri ustası kimi ixtisaslar üzrə təhsil almağı təklif edirik. Bir çox dar fəaliyyət sahələri var ki, bunun üçün mütəxəssis hazırlığını genişləndirmək niyyətindəyik. Bizim üçün kiçik ixtisaslar yoxdur. Məsələn, biz dəyirmançıların təhsilini təşkil etmək niyyətindəyik, ölkədə bu sahədə mütəxəssis yoxdur", - deyə Kərimov bildirib.
Bundan əlavə, Kərimov "Toyota Prius" kimi hibrid avtomobillərin təmiri üzrə mütəxəssis hazırlamaq üçün tədris proqramının başlandığını da elan edib.
Peşə təhsili sahəsində yeniliklərdən biri də ikili təhsil olacaq. Kərimov bildirib ki, yaxın vaxtlarda Türkiyənin turizm sahəsində uğurlu təcrübəsini nəzərə alaraq, agentlik bu ölkənin iki təhsil müəssisəsi ilə əməkdaşlıq etməyi planlaşdırır. Bundan əlavə, hazırda Azərbaycanın regionlarından daha 10 nəfər Almaniyada kənd təsərrüfatı ilə bağlı ixtisaslar üzrə təcrübə keçir.
Qeyd edək ki, Azərbaycanda peşə təhsili pulsuzdur. İstəyən hər kəs ala bilər. Hazırda tələb olunan peşələr üzrə təlim kursu keçmək üçün sadəcə sənədləri təqdim etmək kifayətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.