CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Akademik Milli Dram Teatrı adından dələduzluq necə edilib

© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Sözügedən teatr bağlı bildirib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı sayt vasitəsilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.
BAKI, 8 iyun — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından dələduzluq edilib. Bununla bağlı İT mütəxəsəssisi Rəşad İbrahimov özünün sosial media hesabında paylaşım edib.
O, saxtakarlıqla məşğul olanların “Tinder” sosial şəbəkəsində teatrın rəsmi veb səhifəsinə bənzər ikinci bir səhifə açdıqlarını və bilet adıyla insanların pulunu mənimsədiklərini deyib:

““Tinder” sosial şəbəkəsində müxtəlif xanım adları ilə profillər açaraq əks cinsin nümayəndələrinə tanışlıq məqsədilə yazırlar. Tanışlıq baş tutduqdan sonra isə “AzDrama”ya aid saxta keçidi göndərərək tamaşaya “birlikdə gedək adı ilə” bilet almasını istəyirlər».

İT mütəxəssisi onu da əlavə edib ki, vətəndaş kart məlumatlarını götürür və kartda olan vəasitləri mənimsəyirlər:

«Keçidi yoxladım, mütəmadi olaraq yenilənir və həmişə olduğu kimi dələduzlar Azərbaycanda deyil. Ən gülməli tərəfi isə ondan ibarətdir ki, “AzDrama”nın rəsmi veb səhifəsinin nüsxəsini çıxarıb tərcümə edib saxta veb səhifə yaradıblar”.

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq. Teatrınnın mətbuat katibi Cavid Zeynallının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir:
"Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. Əlli manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir.
«Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”, - deyə mətbuat katibi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0