https://sputnik.az/20230607/turkiyede-dollar-daha-da-bahalasdi-455676607.html
Türkiyədə dollar daha da bahalaşdı
Türkiyədə dollar daha da bahalaşdı
Sputnik Azərbaycan
1 dollar səhər saatlarında 22.85 türk lirəsi, 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox... 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T11:35+0400
2023-06-07T11:35+0400
2023-06-07T11:36+0400
türkiyə
dünya xəbərləri
lirə
dollar
ucuzlaşma
bahalaşma
dolların bahalaşması
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_0:49:3072:1777_1920x0_80_0_0_8254338819d70eb3734ac5ad534780aa.jpg
BAKI, 7 iyun — Sputnik. Türkiyədə dollar bahalaşmaqda davam edir. 1 dollar səhər saatlarında 22.85 türk lirəsi (TL), 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb. Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib. Qeyd edək ki, dollar ötən həftəni 20.92 lirə, avro isə 22.59 lirə ilə başa vurmuşdu. ABŞ-ın "JP Morgan" bankı Türkiyədə Mərkəzi Bankın uçot faiz dərəcəsini 8.5%-dən 25.00%-ə qədər kəskin artımının masa üzərində olduğunu bildirib. ABŞ-ın "Goldman Sachs" bankı isə növbəti 12 ayda Türkiyənin milli valyutasının dollar qarşısında ucuzlaşaraq 28.00 lirə səviyyəsinə qədər enə biləcəyini ehtimal edib. Xatırladaq ki, Mehmet Şimşək həftəsonu Türkiyənin xəzinə və maliyyə naziri təyin edilib. Sözügedən təyinat və nazir Şimşəyin ilk açıqlamaları bazarlar tərəfindən müsbət qarşılanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_341:0:3072:2048_1920x0_80_0_0_64948ce5424e28ef924f14f6cfead4db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, lirə, dollar, ucuzlaşma, bahalaşma, dolların bahalaşması
türkiyə, lirə, dollar, ucuzlaşma, bahalaşma, dolların bahalaşması
Türkiyədə dollar daha da bahalaşdı
11:35 07.06.2023 (Yenilənib: 11:36 07.06.2023) 1 dollar səhər saatlarında 22.85 türk lirəsi, 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb.
BAKI, 7 iyun — Sputnik. Türkiyədə dollar bahalaşmaqda davam edir.
1 dollar səhər saatlarında 22.85 türk lirəsi (TL), 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib.
Qeyd edək ki, dollar ötən həftəni 20.92 lirə, avro isə 22.59 lirə ilə başa vurmuşdu.
ABŞ-ın "JP Morgan" bankı Türkiyədə Mərkəzi Bankın uçot faiz dərəcəsini 8.5%-dən 25.00%-ə qədər kəskin artımının masa üzərində olduğunu bildirib. ABŞ-ın "Goldman Sachs" bankı isə növbəti 12 ayda Türkiyənin milli valyutasının dollar qarşısında ucuzlaşaraq 28.00 lirə səviyyəsinə qədər enə biləcəyini ehtimal edib.
Xatırladaq ki, Mehmet Şimşək həftəsonu Türkiyənin xəzinə və maliyyə naziri təyin edilib. Sözügedən təyinat və nazir Şimşəyin ilk açıqlamaları bazarlar tərəfindən müsbət qarşılanıb.