Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şuşada beynəlxalq forum keçirilir

© Photo : AZƏRTACŞuşada beynəlxalq forum
Şuşada beynəlxalq forum  - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Əsas məsələnin birlikdə yaşamağı bərpa etmək olduğunu diqqətə çatdıran Suzan Elliott deyib kİ, Bakı ilə İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir.
BAKI, 7 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq forum keçirilir.
Açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx nümayiş olunub.
Forumda Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott deyib ki, azad olunmuş ərazilərdə böyük infrastruktur işləri görülüb. Ən əsas olan isə odur ki, hazırda sülh danışıqları gedir.
O vurğulayıb ki, bölgədə sülhün olması inkişaf üçün vacibdir.
“Görünən odur ki, bu işlərdə ABŞ və Avropa İttifaqı da yaxından iştirak edir. Biz burada sabitlik və sülhün olmasında maraqlıyıq. Moldova, Brüssel və Vaşinqtonda görüşlər keçirilib. Bölgədə sülh və davamlı inkişaf üçün atılan belə addımlar vacibdir. Burada kimin qalib, kimin məğlub olmasını müzakirə etmək uğursuz yanaşmadır, - deyə o bildirib.
Əsas məsələnin birlikdə yaşamağı bərpa etmək olduğunu diqqətə çatdıran Suzan Elliott deyib: “Bakı ilə İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir. Düşünürəm ki, ölkələr arasındakı belə müzakirələr gələcək üçün xüsusi əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, tədbirdə 30-dək sabiq dövlət və hökumət başçısı iştirak edir.
Forum çərçivəsində keçiriləcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.
İki gün davam edəcək beynəlxalq forumun iclasları Şuşada və Gəncə şəhərində baş tutacaq.
Xəbər lenti
0