https://sputnik.az/20230607/suni-intellektle-sesleri-teqlid-eden-firildaqcilar-11-milyon-dollar-ogurlayib-455689052.html
Süni intellektlə səsləri təqlid edən fırıldaqçılar 11 milyon dollar oğurlayıb
Süni intellektlə səsləri təqlid edən fırıldaqçılar 11 milyon dollar oğurlayıb
Sputnik Azərbaycan
Fırıldaqçılar sosial media platformalarından insanların səsini toplayaraq istədikləri cümlələri yaratmaq üçün süni intellekt alqoritmlərindən istifadə edirlər. 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T23:58+0400
2023-06-07T23:58+0400
2023-06-07T23:58+0400
süni intellekt
dünya xəbərləri
fırıldaqçılıq
fırıldaqçı
dollar
oğurluq
https://cdnn1.img.sputnik.az/img/42225/17/422251748_0:320:3072:2048_1920x0_80_0_0_8ae0ccffa124fb69819a74fdfe16c4c7.jpg
BAKI, 7 iyun — Sputnik. Süni intellektdən istifadə edərək səsləri təqlid edən fırıldaqçılar ciddi problemlər yaradırlar. ABŞ Federal Ticarət Komissiyasının (FTC) araşdırmasına görə, fırıldaqçılar saxta telefon zəngləri ilə insanları aldada bilərlər. Trend-in məlumatına görə, FTC sədri Lina Khan qeyd edir ki, süni intellekt vasitələrinin sürətli inkişafı saxtakarlığı artıra bilər. Xüsusilə süni səs texnologiyasının inkişafı ilə real və saxta ünsiyyəti ayırd etməyin getdikcə çətinləşəcəyi bildirilir. Fırıldaqçılar sosial media platformalarından insanların səsini toplayaraq istədikləri cümlələri yaratmaq üçün süni intellekt alqoritmlərindən istifadə edirlər. Bu səsləri təqlid etmək üçün süni intellekt hazırlayan fırıldaqçılar səsini oxşayan şəxsin ailə üzvlərinə və ya dostlarına zəng edərək fövqəladə hallar üçün pul tələb edirlər. Məsələn, 2020-ci ildə süni intellektin o qədər də inkişaf etmədiyi bir vaxtda 5100 telefon fırıldaqçılığı baş verib və 11 milyon dollar oğurlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/17/422251748_452:391:2662:2048_1920x0_80_0_0_ad2defa4de8904e999bf79f0761a9a66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
süni intellekt, fırıldaqçılıq, fırıldaqçı, dollar, oğurluq
süni intellekt, fırıldaqçılıq, fırıldaqçı, dollar, oğurluq
Süni intellektlə səsləri təqlid edən fırıldaqçılar 11 milyon dollar oğurlayıb
Fırıldaqçılar sosial media platformalarından insanların səsini toplayaraq istədikləri cümlələri yaratmaq üçün süni intellekt alqoritmlərindən istifadə edirlər.
BAKI, 7 iyun — Sputnik. Süni intellektdən istifadə edərək səsləri təqlid edən fırıldaqçılar ciddi problemlər yaradırlar. ABŞ Federal Ticarət Komissiyasının (FTC) araşdırmasına görə, fırıldaqçılar saxta telefon zəngləri ilə insanları aldada bilərlər.
Trend-in məlumatına görə, FTC sədri Lina Khan qeyd edir ki, süni intellekt vasitələrinin sürətli inkişafı saxtakarlığı artıra bilər. Xüsusilə süni səs texnologiyasının inkişafı ilə real və saxta ünsiyyəti ayırd etməyin getdikcə çətinləşəcəyi bildirilir.
Fırıldaqçılar sosial media platformalarından insanların səsini toplayaraq istədikləri cümlələri yaratmaq üçün süni intellekt alqoritmlərindən istifadə edirlər. Bu səsləri təqlid etmək üçün süni intellekt hazırlayan fırıldaqçılar səsini oxşayan şəxsin ailə üzvlərinə və ya dostlarına zəng edərək fövqəladə hallar üçün pul tələb edirlər.
Məsələn, 2020-ci ildə süni intellektin o qədər də inkişaf etmədiyi bir vaxtda 5100 telefon fırıldaqçılığı baş verib və 11 milyon dollar oğurlanıb.