DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Papa Fransisk əməliyyat olunub

© Sputnik / Илья ПиталевPapa Fransisk
Papa Fransisk  - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
O, əməliyyatdan sonra daha bir neçə gün tibb müəssisəsində qalacaq.
BAKI, 7 iyun — Sputnik. Roma Papası Fransisk qarın nahiyəsindən əməliyyat olunub.
APA-nın Radio 1-ə istinadla məlumatına görə, əməliyyat 3 saat davam edib.
***
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk əməliyyat olunacaq.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Papa Fransiskin üzərində iyunun 7-də günortadan sonra İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasında laparotomiya və qarın divarının protezlə plastik əməliyyatı aparılacaq. O, artıq xəstəxanaya yerləşdirilib və əməliyyatdan sonra daha bir neçə gün tibb müəssisəsində qalacaq.
Papa Fransisk klinik testlər üçün iyunun 6-da Gemelli xəstəxanasında tibbi yoxlamalardan keçib.
Qeyd edək ki, Papa Fransisk artıq üçüncü dəfədir xəstəxanaya yerləşdirilib. O, 2021-ci il iyulun 4-də eyni xəstəxanada yoğun bağırsaq əməliyyatı keçirib və 10 gün müşahidə altında olub. Sonuncu dəfə isə martın 29-da tənəffüs problemlərinə səbəb olan yoluxucu bronxitlə bağlı xəstəxanaya yerləşdirilib və aprelin 1-də evə buraxılıb.
Xəbər lenti
0