https://sputnik.az/20230607/fox-newsun-kecmis-aparicisi-kiyev-kaxovskaya-ses-in-dagidilmasinda-istirak-edib-455685454.html
"Fox News"un keçmiş aparıcısı: Kiyev Kaxovskaya SES-in dağıdılmasında iştirak edib
"Fox News"un keçmiş aparıcısı: Kiyev Kaxovskaya SES-in dağıdılmasında iştirak edib
Sputnik Azərbaycan
Karlson Ukraynanın əvvəllər bəndin dağıdılması imkanını nəzərdən keçirdiyini xatırladıb. 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T22:43+0400
2023-06-07T22:43+0400
2023-06-07T22:43+0400
fox news
dünya xəbərləri
xüsusi hərbi əməliyyat
ses
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/06/07/455685285_0:160:3072:1888_1920x0_80_0_0_5b7335d4a37ea9e9ffe8673df50ea442.jpg
BAKI, 7 iyun — Sputnik. İstənilən vicdanlı insan faktları öyrənərək belə nəticəyə gələcək ki, böyük ehtimalla Kaxovskaya SES-i ukraynalılar partladıblar. Bu sözləri Amerikanın "Fox News" kanalının keçmiş aparıcısı Taker Karlson "Twitter"də özünün yeni müəllif şousunda Kaxovskaya SES ətrafında yaranmış vəziyyəti şərh edərkən söyləyib. "Faktlar ortaya çıxdıqca bənddə baş verənlər barədə daha az sirr qalır. Hər hansı dürüst adam belə bir qənaətə gələcək ki, çox güman ki, onu ukraynalılar partlatıblar", - deyə Karlson bildirib. O, izah edib ki, su elektrik stansiyasının dağıdılması Ukrayna üçün "pis" nəticələrə gətirib çıxarır, lakin bu, Rusiyaya daha çox ziyan vurur. Karlson onu da xatırladıb ki, Kiyev ötən ilin dekabrında su elektrik stansiyasının dağıdılması imkanını nəzərdən keçirib. "Belə ki, əgər bu, düşünülmüş bir addım idisə, söhbət hərbi taktikadan deyil, terror aktından gedir" – deyə amerikalı teleaparıcı fikrini bildirib. Xatırladaq ki, Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin qismən dağıdılması çərşənbə axşamı, iyunun 6-da məlum olub. Novokaxovka şəhər dairəsi ərazisində fövqəladə vəziyyət elan edilib. Xerson vilayətinin hakimiyyət orqanları bildiriblər ki, bənd konstruksiyalarının dağıdılması Ukrayna Silahlı Qüvvələrinin və Kiyev hakimiyyətinin günahı ucbatından baş verib. Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərin Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının partladılması ilə bağlı sualını cavablandırarkən bildirmişdi ki, ABŞ Rusiyanın bu insidentdə iştirakını hüç cür təsdiq edə bilməz. Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Kaxovskaya SES-in dağılmasına görə Ukrayna hakimiyyəti məsuliyyət daşıyır. O qeyd edib ki, Moskva su elektrik stansiyasının zədələnməsi ilə bağlı ittihamları qətiyyətlə rədd edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Kaxovskaya SES-in strukturlarının partladılmasına görə Kiyevi məsuliyyət daşıdığını söyləyib və Ukraynanın bu cinayətini terror aktı kimi qiymətləndirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/07/455685285_171:0:2902:2048_1920x0_80_0_0_e4accfab64374eec56cc23f0ca1d2ee0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fox news, xüsusi hərbi əməliyyat, ses, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
fox news, xüsusi hərbi əməliyyat, ses, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
"Fox News"un keçmiş aparıcısı: Kiyev Kaxovskaya SES-in dağıdılmasında iştirak edib
Karlson Ukraynanın əvvəllər bəndin dağıdılması imkanını nəzərdən keçirdiyini xatırladıb.
BAKI, 7 iyun — Sputnik. İstənilən vicdanlı insan faktları öyrənərək belə nəticəyə gələcək ki, böyük ehtimalla Kaxovskaya SES-i ukraynalılar partladıblar.
Bu sözləri Amerikanın "Fox News" kanalının keçmiş aparıcısı Taker Karlson "Twitter"də özünün yeni müəllif şousunda Kaxovskaya SES ətrafında yaranmış vəziyyəti şərh edərkən söyləyib.
"Faktlar ortaya çıxdıqca bənddə baş verənlər barədə daha az sirr qalır. Hər hansı dürüst adam belə bir qənaətə gələcək ki, çox güman ki, onu ukraynalılar partlatıblar", - deyə Karlson bildirib.
O, izah edib ki, su elektrik stansiyasının dağıdılması Ukrayna üçün "pis" nəticələrə gətirib çıxarır, lakin bu, Rusiyaya daha çox ziyan vurur. Karlson onu da xatırladıb ki, Kiyev ötən ilin dekabrında su elektrik stansiyasının dağıdılması imkanını nəzərdən keçirib.
"Belə ki, əgər bu, düşünülmüş bir addım idisə, söhbət hərbi taktikadan deyil, terror aktından gedir" – deyə amerikalı teleaparıcı fikrini bildirib.
Xatırladaq ki, Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin qismən dağıdılması çərşənbə axşamı, iyunun 6-da məlum olub. Novokaxovka şəhər dairəsi ərazisində fövqəladə vəziyyət elan edilib. Xerson vilayətinin hakimiyyət orqanları bildiriblər ki, bənd konstruksiyalarının dağıdılması Ukrayna Silahlı Qüvvələrinin və Kiyev hakimiyyətinin günahı ucbatından baş verib.
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərin Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının partladılması ilə bağlı sualını cavablandırarkən bildirmişdi ki, ABŞ Rusiyanın bu insidentdə iştirakını hüç cür təsdiq edə bilməz.
Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Kaxovskaya SES-in dağılmasına görə Ukrayna hakimiyyəti məsuliyyət daşıyır. O qeyd edib ki, Moskva su elektrik stansiyasının zədələnməsi ilə bağlı ittihamları qətiyyətlə rədd edir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Kaxovskaya SES-in strukturlarının partladılmasına görə Kiyevi məsuliyyət daşıdığını söyləyib və Ukraynanın bu cinayətini terror aktı kimi qiymətləndirib.