Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əli Əsədov Rusiyaya işgüzar səfər edib

© SputnikПремьер-министр Азербайджана Али Асадов
Премьер-министр Азербайджана Али Асадов - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.
BAKI, 7 iyun - Sputnik. İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfərə gəlib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.
Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.
Xəbər lenti
0