https://sputnik.az/20230607/danisiqlar-ve-dialoq-edaletli-ve-herterefli-sulhe-nail-olmagin-yegane-yoludur---beyanat-455693028.html
Danışıqlar və dialoq ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur - BƏYANAT
Danışıqlar və dialoq ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur - BƏYANAT
Sputnik Azərbaycan
İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi. 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T16:52+0400
2023-06-07T16:52+0400
2023-06-07T16:52+0400
avropa ittifaqı
siyasət
azərbaycan
ermənistan
brüssel
bəyanat
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455515563_0:34:3520:2014_1920x0_80_0_0_26a50522e7dfcf588bd56f274b4aeef3.jpg
BAKI, 7 iyun — Sputnik. Avropa İttifaqı iyulun 21-də Brüsseldə Ermənistan və Azərbaycan başçıları arasında danışıqlarda irəliləyişin əldə olunmasının vacibliyini bəyan edib. "Danışıqlar və dialoq Azərbaycan və Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur. Ona görə də dialoqun davamlılığı və konkret nəticələri proses üçün mühüm əhəmiyyət kəsb edir və biz Bakının iyulda Aİ-nin köməkliyi ilə keçiriləcək növbəti iclasda iştirakını alqışlayırıq", - deyə Aİ-nin bəyanatında deyilir. Qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistanın mayın 14-də Brüsseldə Aİ-nin himayəsi altında sülh danışıqlarında iştirakının bərpasını alqışlayır, bu müddət ərzində hər iki tərəf bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləyib. "İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi", - məlumatda deyilir. İyulun 21-də Brüsseldə Azərbaycan, Ermənistan və Avropa Şurası başçılarının üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455515563_396:0:3125:2047_1920x0_80_0_0_cfcf21abcf1342b62e9b7864cf814f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa ittifaqı, azərbaycan, ermənistan, brüssel, bəyanat
avropa ittifaqı, azərbaycan, ermənistan, brüssel, bəyanat
Danışıqlar və dialoq ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur - BƏYANAT
İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi.
BAKI, 7 iyun — Sputnik. Avropa İttifaqı iyulun 21-də Brüsseldə Ermənistan və Azərbaycan başçıları arasında danışıqlarda irəliləyişin əldə olunmasının vacibliyini bəyan edib.
"Danışıqlar və dialoq Azərbaycan və Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur. Ona görə də dialoqun davamlılığı və konkret nəticələri proses üçün mühüm əhəmiyyət kəsb edir və biz Bakının iyulda Aİ-nin köməkliyi ilə keçiriləcək növbəti iclasda iştirakını alqışlayırıq", - deyə Aİ-nin bəyanatında deyilir.
Qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistanın mayın 14-də Brüsseldə Aİ-nin himayəsi altında sülh danışıqlarında iştirakının bərpasını alqışlayır, bu müddət ərzində hər iki tərəf bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləyib.
"İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi", - məlumatda deyilir.
İyulun 21-də Brüsseldə Azərbaycan, Ermənistan və Avropa Şurası başçılarının üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir.