https://sputnik.az/20230607/bu-il-azerbaycanda-orta-illik-inflyasiyanin-104-olmasi-proqnozlasdirilir-455684992.html
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır
Sputnik Azərbaycan
Elnur Əliyev bildirib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində... 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T21:57+0400
2023-06-07T21:57+0400
2023-06-07T21:57+0400
inflyasiya
iqtisadiyyat
azərbaycan
milli məclis
https://cdnn1.img.sputnik.az/img/40803/38/408033844_0:0:1800:1014_1920x0_80_0_0_981553cad119b3a9aee7f41525a516c5.jpg
BAKI, 7 iyun — Sputnik. Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır. Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır. İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. Qeyd edək ki, mayın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiya çərçivəsində ilk iclası keçirilir. İclasın gündəliyinə 4 məsələ daxil edilib. 1. "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 2. "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 3. "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 4. "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (üçüncü oxunuş).
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40803/38/408033844_298:0:1765:1100_1920x0_80_0_0_92e024dc16ab2da1f2b10a02e6fd4fe5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
inflyasiya, azərbaycan, milli məclis
inflyasiya, azərbaycan, milli məclis
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır
Elnur Əliyev bildirib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır.
BAKI, 7 iyun — Sputnik. Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır. İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır.
Qeyd edək ki, mayın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiya çərçivəsində ilk iclası keçirilir.
İclasın gündəliyinə 4 məsələ daxil edilib.
1. "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
2. "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
3. "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
4. "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (üçüncü oxunuş).