Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın Rusiya ilə ticarəti necə inkişaf edir?

Abunə olmaq
Azərbaycan şimal qonşusu ilə ticarət dövriyyəsini fəal şəkildə artırır. Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin yanvar-aprel aylarının yekunlarına əsasən bir yarım dəfə artaraq 1,3 milyard dollar təşkil edib.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilk 4 ayda Azərbaycan mallarının Rusiyaya ixracı 75,7% artaraq təxminən 350 milyon dollar olub.
Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları arasında üçüncü yeri tutub. Göstərilən dövrdə respublikanın ümumi xarici ticarət dövriyyəsinin 7,76%-i Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının payına düşüb.
Bundan əlavə, 2023-cü ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft məhsullarının Rusiyaya ixracı dörddə bir artaraq 285 milyon dollar təşkil edib. Beləliklə, Rusiya Azərbaycandan qeyri-neft məhsullarının idxalına görə ölkələr siyahısında ikinci olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0