https://sputnik.az/20230607/azerbaycana-xaricden-pul-kocurmeleri-niye-azalib-455634084.html
Azərbaycana xaricdən pul köçürmələri niyə azalıb?
Azərbaycana xaricdən pul köçürmələri niyə azalıb?
Sputnik Azərbaycan
Bir tərəfdən Rusiya və Ukrayna münaqişəsi pul köçürməyə təsir edib. Digər tərəfdən, bu il Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti ötən illə müqayisədə aşağı... 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T10:00+0400
2023-06-07T10:00+0400
2023-06-07T10:00+0400
pul
iqtisadiyyat
pul vəsaitləri
pulköçürmələri
rusiya
https://cdnn1.img.sputnik.az/img/42293/43/422934345_0:0:3124:1757_1920x0_80_0_0_0c4e828acc3946c5d07fff963966b3bc.jpg
BAKI, 7 iyun — Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 651,5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan sürətli pul köçürmə sistemləri vasitəsi ilə xaricə köçürülən vəsaitin həcmi isə 138,9 milyon manat olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində deyilib. Beləliklə, cari ilin ilk 4 ayında keçən ilin yanvar-aprel aylarına nisbətən Azərbaycana pul köçürmələri 25,3 faiz və ya 221,3 milyon manat, ölkədən xaricə köçürmələr isə 44,6 faiz və ya 111,9 milyon manat azalıb. İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, pul köçürmə sistemi fiziki şəxslər tərəfindən pul vəsaitinin bank hesabı açmadan ölkə daxilində və ya ölkə xaricinə köçürülməsinə və ya onların xeyrinə köçürülən pul vəsaitlərinin əldə edilməsinə imkan verən sistemdir. Burada söhbət əsasən, fiziki şəxslərdən, vətəndaşlardan gedir. Azalmanın səbəbləri Pul köçürmənin azalmasının səbəblərinə gəlincə, ekspert bildirib ki, əsasən Rusiyadan, MDB məkanından ölkəyə pul göndərilir. Rusiya və Ukrayna münaqişəsi pul köçürməyə təsir edib. Digər tərəfdən, bu il Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti ötən ilə görə azalıb. "Lakin növbəti aylarda Azərbaycanda iqtisadi aktivliyin güclənməsi gözlənilir və pul köçürmələrin həcmi də artacaq" -, deyə ekspert əlavə edib. Keçən il Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb Onu da xatırladaq ki, 2022-ci ildə Rusiya Federasiyasından Azərbaycana pul köçürmələrinin həcmi 2 milyard 969 milyon dollar təşkil edib ki, bu da ümumi köçürmələrin 82%-ni təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə pul baratlarının əsas göstəricilərinə dair məlumatında qeyd edilib. Keçən il fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi 2021-ci illə müqayisədə 4,8 dəfə artıb. 2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 623 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib. Ümumilikdə 2022-ci ildə ölkəyə göndərilən pul baratlarının həcmi 3,2 dəfə artaraq 3,6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0,5% artaraq 0,7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 2,9 milyard dollar müsbət saldo yaranıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42293/43/422934345_146:0:2877:2048_1920x0_80_0_0_1a050245999bbfe5eb11ae6acb048aa7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pul, pul vəsaitləri, pulköçürmələri, rusiya
pul, pul vəsaitləri, pulköçürmələri, rusiya
Azərbaycana xaricdən pul köçürmələri niyə azalıb?
Bir tərəfdən Rusiya və Ukrayna münaqişəsi pul köçürməyə təsir edib. Digər tərəfdən, bu il Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti ötən illə müqayisədə aşağı düşüb.
BAKI, 7 iyun — Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 651,5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan sürətli pul köçürmə sistemləri vasitəsi ilə xaricə köçürülən vəsaitin həcmi isə 138,9 milyon manat olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində deyilib.
Beləliklə, cari ilin ilk 4 ayında keçən ilin yanvar-aprel aylarına nisbətən Azərbaycana pul köçürmələri 25,3 faiz və ya 221,3 milyon manat, ölkədən xaricə köçürmələr isə 44,6 faiz və ya 111,9 milyon manat azalıb.
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, pul köçürmə sistemi fiziki şəxslər tərəfindən pul vəsaitinin bank hesabı açmadan ölkə daxilində və ya ölkə xaricinə köçürülməsinə və ya onların xeyrinə köçürülən pul vəsaitlərinin əldə edilməsinə imkan verən sistemdir. Burada söhbət əsasən, fiziki şəxslərdən, vətəndaşlardan gedir.
Pul köçürmənin azalmasının səbəblərinə gəlincə, ekspert bildirib ki, əsasən Rusiyadan, MDB məkanından ölkəyə pul göndərilir. Rusiya və Ukrayna münaqişəsi pul köçürməyə təsir edib. Digər tərəfdən, bu il Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti ötən ilə görə azalıb.
"Lakin növbəti aylarda Azərbaycanda iqtisadi aktivliyin güclənməsi gözlənilir və pul köçürmələrin həcmi də artacaq" -, deyə ekspert əlavə edib.
Keçən il Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb
Onu da xatırladaq ki, 2022-ci ildə Rusiya Federasiyasından Azərbaycana pul köçürmələrinin həcmi 2 milyard 969 milyon dollar təşkil edib ki, bu da ümumi köçürmələrin 82%-ni təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə pul baratlarının əsas göstəricilərinə dair məlumatında qeyd edilib.
Keçən il fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi 2021-ci illə müqayisədə 4,8 dəfə artıb.
2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 623 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib.
Ümumilikdə 2022-ci ildə ölkəyə göndərilən pul baratlarının həcmi 3,2 dəfə artaraq 3,6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0,5% artaraq 0,7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 2,9 milyard dollar müsbət saldo yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.