DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-la münasibətlərindəki problemlərə görə Pekin məsuliyyət daşımır - Çin XİN

© AFP 2024 / Wang ZhaoÇin və ABŞ bayraqları
Çin və ABŞ bayraqları - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Öz növbəsində ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli etiraf edib ki, ötən ilin sonundan çinli həmkarı ilə əlaqə saxlaya bilməyib.
BAKI, 7 iyun — Sputnik. Çin və ABŞ arasında münasibətlər hazırda problemlərlə üzləşir və Pekin buna görə məsuliyyət daşımır, Vaşinqton daxili işlərə qarışmağı və Çinin maraqlarına zərər vurmağı dayandırmalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin çərşənbə günü keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin çinli həmkarı Li Şanfu ilə iyunun 2-4-də Sinqapurda keçirilən "Şanqri-La Dialoq" regional təhlükəsizlik forumu çərçivəsində görüşə bilməmişdi. Ostin həmkarının şəxsi görüş keçirməkdən imtina etdiyini, iki ölkənin müdafiə nazirliklərinin rəhbərlərinin yalnız bir-birinin əlini sıxdığını açıqlayıb.
Öz növbəsində ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli etiraf edib ki, ötən ilin sonundan çinli həmkarı ilə əlaqə saxlaya bilməyib. Onun sözlərinə görə, hər iki ölkənin hərbçiləri arasında məlumat mübadiləsi davam edir, lakin o və Ostin gərginliyin artmasının qarşısını almaq üçün danışmaq istərdilər.
"Çin və ABŞ lazımi qarşılıqlı əlaqəni saxlayır. Hazırda Çin-ABŞ münasibətləri problemlərlə üzləşir və məsuliyyət Çinin üzərinə düşmür", - diplomat bildirib.
O vurğulayıb ki, ABŞ Çinin həyati maraqlarına və ciddi narahatlıqlarına hörmətlə yanaşmalı, Çinin daxili işlərinə qarışmağı, Çinin maraqlarına zərər vurmağı dayandırmalı, eyni zamanda təxribatlara əl atmamalı, bir şey söyləyib, başqa bir şey etməkdən əl çəkməlidir. .
Vebbin deyib ki, Vaşinqton "Çin-ABŞ münasibətlərini sağlam və sabit inkişaf yoluna qaytarmağa kömək etmək üçün Çinlə işləməlidir.
Xəbər lenti
0