https://sputnik.az/20230607/a-missiyasi-cermuk-ve-cevanda-yeni-emeliyyat-merkezleri-acacaq-455688069.html
Aİ missiyası Cermuk və İcevanda yeni əməliyyat mərkəzləri açacaq
Aİ missiyası Cermuk və İcevanda yeni əməliyyat mərkəzləri açacaq
Sputnik Azərbaycan
Aİ missiyası fəaliyyətə başlayandan ilk üç ay ərzində Gorus, Cermuk və Martunidəki mərkəzlərindən ümumilikdə 300-dən çox patrul xidməti həyata keçirib. 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T16:16+0400
2023-06-07T16:16+0400
2023-06-07T16:24+0400
ai
dünya xəbərləri
missiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_0:317:3077:2047_1920x0_80_0_0_9c6de9ee9380a0b5ca493438c92a8f96.jpg
BAKI, 7 iyun — Sputnik. Avropa İttifaqının Ermənistandakı missiyası Cermuk (İstisu) və İcevanda (Karvansaray) yeni əməliyyat mərkəzləri açacaq. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter bildirib. "Missiya yaxın aylarda Cermuk, İcevan və Yeqnadzorda (Keşişkənd) üç əlavə əməliyyat mərkəzi açmağı planlaşdırır və yaxın gələcəkdə tədricən tam hazır vəziyyətə gətiriləcək", - deyə Ritter bildirib. Onun sözlərinə görə, fəaliyyətə başlayandan ilk üç ay ərzində missiya Gorus, Cermuk və Martunidəki (Aşağı Qaranlıq) mərkəzlərindən ümumilikdə 300-dən çox patrul xidməti həyata keçirib. Patrullar hər həftə 3800 km-dən çox məsafə qət edirlər. "Bizim məqsədimiz, digər məsələlərlə yanaşı, sərhəd bölgələrində təhlükəsizliyin sabitləşməsinə töhfə verməkdir. Bir çox Ermənistan rəsmilərinin fikrincə, Aİ missiyası vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verib. Bununla belə, vəziyyət hələ də qeyri-sabitdir", - Ritter əlavə edib. Missiyanın baş ofisi Yeqnadzorda yerləşir, İrəvanda altı əməliyyat bazası və kiçik bir əlaqə bürosu var. Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_7:0:2736:2047_1920x0_80_0_0_977c2e4392bdeec9252fcc052b635357.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, missiya, ermənistan
Aİ missiyası Cermuk və İcevanda yeni əməliyyat mərkəzləri açacaq
16:16 07.06.2023 (Yenilənib: 16:24 07.06.2023) Aİ missiyası fəaliyyətə başlayandan ilk üç ay ərzində Gorus, Cermuk və Martunidəki mərkəzlərindən ümumilikdə 300-dən çox patrul xidməti həyata keçirib.
BAKI, 7 iyun — Sputnik. Avropa İttifaqının Ermənistandakı missiyası Cermuk (İstisu) və İcevanda (Karvansaray) yeni əməliyyat mərkəzləri açacaq. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter bildirib.
"Missiya yaxın aylarda Cermuk, İcevan və Yeqnadzorda (Keşişkənd) üç əlavə əməliyyat mərkəzi açmağı planlaşdırır və yaxın gələcəkdə tədricən tam hazır vəziyyətə gətiriləcək", - deyə Ritter bildirib.
Onun sözlərinə görə, fəaliyyətə başlayandan ilk üç ay ərzində missiya Gorus, Cermuk və Martunidəki (Aşağı Qaranlıq) mərkəzlərindən ümumilikdə 300-dən çox patrul xidməti həyata keçirib. Patrullar hər həftə 3800 km-dən çox məsafə qət edirlər.
"Bizim məqsədimiz, digər məsələlərlə yanaşı, sərhəd bölgələrində təhlükəsizliyin sabitləşməsinə töhfə verməkdir. Bir çox Ermənistan rəsmilərinin fikrincə, Aİ missiyası vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verib. Bununla belə, vəziyyət hələ də qeyri-sabitdir", - Ritter əlavə edib.
Missiyanın baş ofisi Yeqnadzorda yerləşir, İrəvanda altı əməliyyat bazası və kiçik bir əlaqə bürosu var.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.