https://sputnik.az/20230606/turkiye-beynelxalq-maliyye-qurumlari-ile-barismaq-isteyir-455647014.html
Türkiyə beynəlxalq maliyyə qurumları ilə barışmaq istəyir
Türkiyə beynəlxalq maliyyə qurumları ilə barışmaq istəyir
Sputnik Azərbaycan
Türkiyənin yeni nazirlər kabinetində əvvəlki tərkibdən cəmi iki nazir - Səhiyyə Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərləri qalıb. 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T19:30+0400
2023-06-06T19:30+0400
2023-06-06T19:30+0400
türkiyə
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_0:0:3073:1728_1920x0_80_0_0_dffa4837b3d5b26cf2e35abdbdfbdad6.jpg
BAKI, 6 iyun — Sputnik. Mehmet Şimşekin Türkiyənin maliyyə naziri təyin edilməsi Ankaranın beynəlxalq maliyyə qurumları ilə razılaşmaq istəyi kimi qiymətləndirilə bilər. Bunu türkiyəli analitik Engin Özer RİA Novosti-yə bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası zamanı dəfələrlə müxalifəti Beynəlxalq Valyuta Fondu ilə yeni müqavilə bağlamaq niyyətində olmaqda ittiham edib. Ərdoğan çıxışlarında mütəmadi olaraq xatırladıb ki, onun dövründə 2013-cü ildə Türkiyə borclarını tam ödəyib və fonddan asılı deyil. Türkiyənin yeni nazirlər kabinetində əvvəlki tərkibdən cəmi iki nazir - Səhiyyə Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərləri qalıb, yenilənmiş kabinetdə bir qadın nazir var. "Keçmiş daxili işlər naziri Süleyman Soylunun sərt üslubu və mübahisəli xarakteri cəmiyyət tərəfindən mənfi qarşılanıb, onun istefasının cəmiyyətdəki gərginliyi azaldacağı düşünülür. Yeni daxili işlər naziri və İstanbulun keçmiş valisi Ali Yerlikaya intizamlı xarakteri ilə tanınan bürokratdır. Daxili İşlər Nazirliyinə təyinatı müxalifətlə bir növ barışıq çərçivəsində sosial gərginliyi azaltmaq cəhdi kimi qəbul edilib. Britaniya vətəndaşı Mehmet Şimşəyin iqtisadiyyat naziri təyin edilməsi beynəlxalq maliyyə qurumları ilə barışıq istəyi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Yaşar Gülərin Müdafiə Nazirliyinə təyin olunması müsbət reaksiya doğurur", - analitik bildirib. Onun sözlərinə görə, Türkiyə həm beynəlxalq aləmdə, həm də iqtisadiyyatda çətin dövrə qədəm qoyur. "Yeni dövrdə hökumət bir neçə çətin və vacib qərarlar qəbul etməli olacaq, ona görə də cəmiyyətin yarısının deyil, əksəriyyətinin dəstəyinə ehtiyacı olacaq. Türkiyə mediası keçmiş baş nazirin müavini və keçmiş maliyyə naziri Şimşəyi ölkənin ən peşəkar iqtisadçılarından biri adlandırır, daha əvvəl onun Türkiyə liderindən Mərkəzi Bankın idarə olunması və faiz dərəcələri ilə bağlı zəmanət aldığı bildirilirdi. Ərdoğanın yenidən prezident seçilməsindən sonra türk lirəsi dollar qarşısında ucuzlaşır və 1 dollara 21 lirədən satılır. Türkiyədə illik inflyasiya aprel ayı ərzində 50,5%-dən 43,7%-ə kimi azalıb. Müstəqil İnflyasiya Analizi Qrupu (ENAG) bu rəqəmin 105%-dən çox olduğunu bildirir. Türkiyə Mərkəzi Bankı ilin sonuna qədər inflyasiyanın 22,3%-ə çatacağını proqnozlaşdırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_48:0:2779:2048_1920x0_80_0_0_ac80bc392735496c8485ea840665489f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, rəcəb tayyip ərdoğan
türkiyə, rəcəb tayyip ərdoğan
Türkiyə beynəlxalq maliyyə qurumları ilə barışmaq istəyir
Türkiyənin yeni nazirlər kabinetində əvvəlki tərkibdən cəmi iki nazir - Səhiyyə Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərləri qalıb.
BAKI, 6 iyun — Sputnik. Mehmet Şimşekin Türkiyənin maliyyə naziri təyin edilməsi Ankaranın beynəlxalq maliyyə qurumları ilə razılaşmaq istəyi kimi qiymətləndirilə bilər. Bunu türkiyəli analitik Engin Özer RİA Novosti-yə bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası zamanı dəfələrlə müxalifəti Beynəlxalq Valyuta Fondu ilə yeni müqavilə bağlamaq niyyətində olmaqda ittiham edib. Ərdoğan çıxışlarında mütəmadi olaraq xatırladıb ki, onun dövründə 2013-cü ildə Türkiyə borclarını tam ödəyib və fonddan asılı deyil.
Türkiyənin yeni nazirlər kabinetində əvvəlki tərkibdən cəmi iki nazir - Səhiyyə Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərləri qalıb, yenilənmiş kabinetdə bir qadın nazir var.
"Keçmiş daxili işlər naziri Süleyman Soylunun sərt üslubu və mübahisəli xarakteri cəmiyyət tərəfindən mənfi qarşılanıb, onun istefasının cəmiyyətdəki gərginliyi azaldacağı düşünülür. Yeni daxili işlər naziri və İstanbulun keçmiş valisi Ali Yerlikaya intizamlı xarakteri ilə tanınan bürokratdır. Daxili İşlər Nazirliyinə təyinatı müxalifətlə bir növ barışıq çərçivəsində sosial gərginliyi azaltmaq cəhdi kimi qəbul edilib. Britaniya vətəndaşı Mehmet Şimşəyin iqtisadiyyat naziri təyin edilməsi beynəlxalq maliyyə qurumları ilə barışıq istəyi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Yaşar Gülərin Müdafiə Nazirliyinə təyin olunması müsbət reaksiya doğurur", - analitik bildirib.
Onun sözlərinə görə, Türkiyə həm beynəlxalq aləmdə, həm də iqtisadiyyatda çətin dövrə qədəm qoyur.
"Yeni dövrdə hökumət bir neçə çətin və vacib qərarlar qəbul etməli olacaq, ona görə də cəmiyyətin yarısının deyil, əksəriyyətinin dəstəyinə ehtiyacı olacaq.
Türkiyə mediası keçmiş baş nazirin müavini və keçmiş maliyyə naziri Şimşəyi ölkənin ən peşəkar iqtisadçılarından biri adlandırır, daha əvvəl onun Türkiyə liderindən Mərkəzi Bankın idarə olunması və faiz dərəcələri ilə bağlı zəmanət aldığı bildirilirdi. Ərdoğanın yenidən prezident seçilməsindən sonra türk lirəsi dollar qarşısında ucuzlaşır və 1 dollara 21 lirədən satılır.
Türkiyədə illik inflyasiya aprel ayı ərzində 50,5%-dən 43,7%-ə kimi azalıb. Müstəqil İnflyasiya Analizi Qrupu (ENAG) bu rəqəmin 105%-dən çox olduğunu bildirir. Türkiyə Mərkəzi Bankı ilin sonuna qədər inflyasiyanın 22,3%-ə çatacağını proqnozlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.