https://sputnik.az/20230606/suruculere-qara-xeber-azerbaycanda-yolda-suret-heddini-asmaga-gore-cerimeler-artirilir-455662581.html
Sürücülərə "qara xəbər": Azərbaycanda yolda sürət həddini aşmağa görə cərimələr artırılır
Sürücülərə "qara xəbər": Azərbaycanda yolda sürət həddini aşmağa görə cərimələr artırılır
Sputnik Azərbaycan
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T17:27+0400
2023-06-06T17:27+0400
2023-06-06T17:27+0400
cərimə
cəmiyyət
inzibati xətalar məcəlləsi
yol hərəkəti
https://cdnn1.img.sputnik.az/img/41251/95/412519534_0:155:2000:1280_1920x0_80_0_0_f67a415352ab61cf449228a39cdf5948.jpg
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə var idi. Beləliklə, cərimələr bu istiqamətdə 50 manat artırılır. Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik I oxunuşda qəbul edilib. İnzibati Xətalar Məcəlləsi Xatırladaq ki, Məcəllədə mövcud 328-ci maddə - Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma adlanır. -Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. -Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. -Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - yüz əlli manat məbləğində cərimə edilir. -Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - iki yüz əlli manat məbləğində cərimə edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41251/95/412519534_110:0:1817:1280_1920x0_80_0_0_6a67420adef274fc3c2c96861aceb039.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cərimə, inzibati xətalar məcəlləsi, yol hərəkəti
cərimə, inzibati xətalar məcəlləsi, yol hərəkəti
Sürücülərə "qara xəbər": Azərbaycanda yolda sürət həddini aşmağa görə cərimələr artırılır
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi.
Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə var idi.
Beləliklə, cərimələr bu istiqamətdə 50 manat artırılır.
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik I oxunuşda qəbul edilib.
İnzibati Xətalar Məcəlləsi
Xatırladaq ki, Məcəllədə mövcud 328-ci maddə - Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma adlanır.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - yüz əlli manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - iki yüz əlli manat məbləğində cərimə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.