https://sputnik.az/20230606/rusiya-ve-tacikistan-birge-mubarizeni-davam-etdirecek---lavrov-455641089.html
Rusiya və Tacikistan birgə mübarizəni davam etdirəcək - Lavrov
Rusiya və Tacikistan birgə mübarizəni davam etdirəcək - Lavrov
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu mənada ötən ilin payızında Astanada baş tutan Mərkəzi Asiya-Rusiya sammitinin qərarlarının həyata... 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T12:09+0400
2023-06-06T12:09+0400
2023-06-06T12:09+0400
sergey lavrov
rusiya
tacikistan
əfqanıstan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512116_0:65:2928:1712_1920x0_80_0_0_620f238f086ed832964e5a006fb5fa55.jpg
BAKI, 6 iyun — Sputnik. Moskva və Düşənbə terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə fəaliyyətini davam etdirmək niyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. "Biz terrorizm, ekstremizm, narkotik ticarəti ilə mübarizəni davam etdirəcəyik, müttəfiq əməkdaşlığımızı həqiqətən yüksək qiymətləndiririk", - Rusiya XİN rəhbəri bildirib. Lavrov görüş zamanı xüsusilə Əfqanıstan ətrafındakı vəziyyətin müzakirə edildiyinə diqqət çəkib. "Biz müntəzəm olaraq sıx, konfidensial məsləhətləşmələr aparırıq. Beynəlxalq platformalarda birlikdə işləyirik", - o qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu mənada ötən ilin payızında Astanada baş tutan Mərkəzi Asiya-Rusiya sammitinin qərarlarının həyata keçirilməsi istiqamətində fəaliyyət böyük əhəmiyyət kəsb edəcək. "Biz indi bu razılaşmaların həyata keçirilməsi planı üzərində işi başa çatdırırıq", - deyə Lavrov yekunlaşdırıb.
https://sputnik.az/20230606/rusiya-ve-tacikistan-xn-rehberleri-miqrantlarin-problemlerini-muzakire-edibler-455641746.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512116_99:0:2830:2048_1920x0_80_0_0_8801cd185e751db5a2ed460ae5562a15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, tacikistan, əfqanıstan
sergey lavrov, tacikistan, əfqanıstan
Rusiya və Tacikistan birgə mübarizəni davam etdirəcək - Lavrov
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu mənada ötən ilin payızında Astanada baş tutan Mərkəzi Asiya-Rusiya sammitinin qərarlarının həyata keçirilməsi istiqamətində fəaliyyət böyük əhəmiyyət kəsb edəcək.
BAKI, 6 iyun — Sputnik. Moskva və Düşənbə terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə fəaliyyətini davam etdirmək niyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz terrorizm, ekstremizm, narkotik ticarəti ilə mübarizəni davam etdirəcəyik, müttəfiq əməkdaşlığımızı həqiqətən yüksək qiymətləndiririk", - Rusiya XİN rəhbəri bildirib.
Lavrov görüş zamanı xüsusilə Əfqanıstan ətrafındakı vəziyyətin müzakirə edildiyinə diqqət çəkib.
"Biz müntəzəm olaraq sıx, konfidensial məsləhətləşmələr aparırıq. Beynəlxalq platformalarda birlikdə işləyirik", - o qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu mənada ötən ilin payızında Astanada baş tutan Mərkəzi Asiya-Rusiya sammitinin qərarlarının həyata keçirilməsi istiqamətində fəaliyyət böyük əhəmiyyət kəsb edəcək.
"Biz indi bu razılaşmaların həyata keçirilməsi planı üzərində işi başa çatdırırıq", - deyə Lavrov yekunlaşdırıb.