https://sputnik.az/20230606/rusiya-ve-tacikistan-xn-rehberleri-miqrantlarin-problemlerini-muzakire-edibler-455641746.html
Rusiya və Tacikistan XİN rəhbərləri miqrantların problemlərini müzakirə ediblər
Rusiya və Tacikistan XİN rəhbərləri miqrantların problemlərini müzakirə ediblər
Sputnik Azərbaycan
Tacikistanın hüquq-mühafizə orqanları bundan əvvəl Rusiya Federasiyasında vətəndaşlarla rəftarın qanuniliyini yoxlamaq üçün Rusiya tərəfinə sorğu göndərib. 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T11:33+0400
2023-06-06T11:33+0400
2023-06-06T11:33+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455641574_0:0:3072:1728_1920x0_80_0_0_77a65bba93818800aa4bace077bd7183.jpg
BAKI, 6 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın ölkədəki tacik miqrantların hüquqlarına riayət edilməsinə sadiqliyini təsdiqləyib. Bunu Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. "Danışıqlar zamanı biz miqrasiya sahəsində əməkdaşlığı ətraflı müzakirə etdik. Miqrasiya proseslərinin tənzimlənməsi məsələlərində Rusiya tərəfi təsdiqlədi ki, Rusiyada vətəndaşlarımızın hüquq və azadlıqlarına uyğun olaraq planlı və plandankənar yoxlamalar aparılmalıdır", - deyə Muxriddin bildirib. O qeyd edib ki, Tacikistanın hüquq-mühafizə orqanları bundan əvvəl Rusiya Federasiyasında vətəndaşlarla rəftarın qanuniliyini yoxlamaq üçün Rusiya tərəfinə sorğu göndərib. Nazirin sözlərinə görə, miqrasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupların fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub. Öz növbəsində, Lavrov qeyd edib ki, Rusiya "böyük diqqətlə" Tacikistanın əmək miqrasiyası sahəsində maraqlarına istinad edir, ortaya çıxan məsələlər ciddi şəkildə Rusiya qanunvericiliyi çərçivəsində həll olunur. Rusiyalı nazir qeyd edib ki, bu məsələyə Tacikistan və Rusiya daxili işlər nazirliklərinin çərşənbə axşamı keçiriləcək birgə kollegiya iclasında diqqət yetirilməlidir. Tacikistan hakimiyyəti son bir neçə həftə ərzində Rusiyada tacik vətəndaşlarının kütləvi saxlanması ilə bağlı daxil olan məlumatlardan dəfələrlə narahatlığını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455641574_228:0:2959:2048_1920x0_80_0_0_b5e068a3de4b805e00ac4c23f5ff1ddb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, tacikistan
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, tacikistan
Rusiya və Tacikistan XİN rəhbərləri miqrantların problemlərini müzakirə ediblər
Tacikistanın hüquq-mühafizə orqanları bundan əvvəl Rusiya Federasiyasında vətəndaşlarla rəftarın qanuniliyini yoxlamaq üçün Rusiya tərəfinə sorğu göndərib.
BAKI, 6 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın ölkədəki tacik miqrantların hüquqlarına riayət edilməsinə sadiqliyini təsdiqləyib. Bunu Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Danışıqlar zamanı biz miqrasiya sahəsində əməkdaşlığı ətraflı müzakirə etdik. Miqrasiya proseslərinin tənzimlənməsi məsələlərində Rusiya tərəfi təsdiqlədi ki, Rusiyada vətəndaşlarımızın hüquq və azadlıqlarına uyğun olaraq planlı və plandankənar yoxlamalar aparılmalıdır", - deyə Muxriddin bildirib.
O qeyd edib ki, Tacikistanın hüquq-mühafizə orqanları bundan əvvəl Rusiya Federasiyasında vətəndaşlarla rəftarın qanuniliyini yoxlamaq üçün Rusiya tərəfinə sorğu göndərib.
Nazirin sözlərinə görə, miqrasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupların fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.
Öz növbəsində, Lavrov qeyd edib ki, Rusiya "böyük diqqətlə" Tacikistanın əmək miqrasiyası sahəsində maraqlarına istinad edir, ortaya çıxan məsələlər ciddi şəkildə Rusiya qanunvericiliyi çərçivəsində həll olunur.
Rusiyalı nazir qeyd edib ki, bu məsələyə Tacikistan və Rusiya daxili işlər nazirliklərinin çərşənbə axşamı keçiriləcək birgə kollegiya iclasında diqqət yetirilməlidir.
Tacikistan hakimiyyəti son bir neçə həftə ərzində Rusiyada tacik vətəndaşlarının kütləvi saxlanması ilə bağlı daxil olan məlumatlardan dəfələrlə narahatlığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.