https://sputnik.az/20230606/rus-poeziyasinin-parlaq-simasinin-dogum-gunu---neyrosebeke-puskinin-dili-ile-neleri-dedi-455623474.html
Rus poeziyasının parlaq simasının doğum günü - Neyroşəbəkə Puşkinin dili ilə nələri dedi
Rus poeziyasının parlaq simasının doğum günü - Neyroşəbəkə Puşkinin dili ilə nələri dedi
Sputnik Azərbaycan
Qafqaza, xüsusən də Azərbaycana böyük sevgisi və rəğbəti olan Puşkinin doğumundan 224 il keçir 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T10:01+0400
2023-06-06T10:01+0400
2023-06-06T10:01+0400
şair
rus
aleksandr sergeyeviç puşkin
video
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455619621_0:0:268:152_1920x0_80_0_0_b6b2579a24823aa456b0686206d47a43.png
Elə tarixi şəxsiyyətlər, nadir istedad sahibləri var ki, onlar öz yaradıcılıqları ilə humanizmə, bütünlükdə insanlığa mənəvi xidmət etdiklərinə görə təkcə mənsub olduqları xalqın deyil, bəşər mədəniyyətinin dahi simalarından sayılırlar. Bəşər mədəniyyətinin dahi simalarından biri də dahi rus şairi, dramaturqu və nasiri Aleksandr Sergeyeviç Puşkindir. 6 iyun onun doğum günüdür. Puşkin 1799-cı ilin bu günüdə Moskvada doğulub. Atası Sergey Lvoviç ziyalı ailədən idi. Anası Nadejda Osipovna Hannibala gəldikdə isə rus çarı I Pyotr onun atası efiopiyalı İbrahim Hannibalın xaç atası idi.Nəcib ailənin övladı olan Puşkinin anası və atası çox mədəni, eyni zamanda şöhrət düşkünü olan insanlar idi. Onlar zamanlarının çoxunu müxtəlif tədbirlərdə keçirdikləri üçün Puşkin, ana-ata sevgisindən uzaq böyüyüb. Onun dünyagörüşünün formalaşmasında nənəsi Mariya Alekseyevna (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub.Dayəsi onun üçün müxtəlif nağıllar danışır, xalq inanclarını, atalar sözlərini, tapmacalarını öyrədirdi. Səkkiz yaşında Puşkin artıq fransız dilini rus dili kimi mükəmməl bilirdi. On bir yaşına çatanda isə heyran olduğu fransız ədəbiyyatını demək olar əzbər bilirdi, bu dildə şeirlər və komediyalar yazırdı. O dövrün tanınmış şair və yazıçıları Puşkinin yaşadığı evə gəlib-gedirdi. Ancaq onların heç biri Puşkinə yaşlı dayəsi Arina qədər təsir edə bilməyib. Dayə onun uşaqlıq ruhunda silinməz izlər qoyub. Dayəsini çox sevən Puşkin ona bir neçə gözəl şeir də həsr edib. Sonralar Puşkin dayəsinin danışdığı nağılların süjetlərindən istifadə edərək "Çar Saltan haqqında nağıl", "Qızıl xoruz haqda nağıl", "Ölmüş çar qızı haqda nağıl" və b. əsərlər yazıb. Hələ sağlığında ona Azərbaycanda böyük rəğbət olub. Müasirləri bu böyük insanla dostluq etmək, yaradıcılıq əlaqələri saxlamaq marağında idilər. Puşkin də öz növbəsində Azərbaycanın mütəfəkkir şəxsiyyətləri, tədqiqatçıları, şairləri ilə xoş ünsiyyətdə olub, onlarla dostluq edib. Etiraf edək ki, Azərbaycanda orta və yaşlı nəslin çox sevdiyi şairlərin sırasında Puşkinin özünəməxsus yeri var. Hələ orta məktəb illərindən əzbərlədiyimiz şeirlər yaddaşımızdan silinməyib. Füzulinin, Vaqifin, Səməd Vurğunun şeirləri kimi bizə doğma və əziz olub.Puşkinin özünün də Azərbaycana böyük marağı və diqqəti olub. O, bu sevgisini neçə-neçə şeirində çox poetik şəkildə ifadə edib. 1829-cu ildə Qafqaza səyahətə çıxan Puşkin bu bölgədə yaşayan xalqların nümayəndələri ilə görüşüb, onların həyat tərzi, adət-ənənəsi, milli xüsusiyyətləri ilə maraqlanıb.Apardığı müşahidələrin nəticəsində sonralar şair Qafqazda yaşayan hər bir xalq barəsində öz fikrini söyləyib. Sonralar Puşkin Ərzuruma səyahəti zamanı yenə də azərbaycanlı döyüşçülərlə rastlaşıb. Bu görüşlər şairi yenidən duyğulandırıb, o, azərbaycanlılar haqqında məhəbbət dolu şeirlər yazıb:Polşa və Rusiyaya səyahətə çıxan mütəfəkkir Azərbaycan yazıçısı Abbasqulu Ağa Bakıxanov Puşkinlə tanış olub. Onlar bir-birinə olduqca xoş münasibət göstərərək şəxsi əlaqələrini möhkəmləndiriblər. Abbasqulu ağa Bakıxanov Puşkinin əsərlərini Azərbaycan dilinə tərcümə edən ilk şəxsiyyətdir. O, Puşkinin "Bağçasaray fontanı" əsərini 1830-cu illərin birinci yarısında ana dilimizə tərcümə edib. Böyük mütəfəkkir, dramaturq, nasir və filosof Mirzə Fətəli Axundov da Puşkinin yaradıcılığına dərin məhəbbət bəsləyər, onu müntəzəm oxuyarmış. Axundov 1937-ci ildə Puşkinin dueldə həlak olması münasibətilə "Şərq poeması"nı yazıb. O həmçinin rus şairi Mixail Lermontovun Puşkinin ölümünə həsr etdiyi şeiri də Azərbaycan dilinə tərcümə edib. Ulu öndər Heydər Əliyev Mirzə Fətəli Axundovun "Səbuhi" imzası ilə yazdığı poemanı çox sevərmiş. Aşağıdakı misraları əzbər söylərmiş: Mirzə Kazım bəy, Firudin bəy Köçərli şairin əsərlərini böyük məhəbbətlə Azərbaycan dilinə tərcümə ediblər. 1880-ci ildə Moskvada Puşkinə abidə qoyulması xəbərini eşidən Azərbaycan şairi Seyid Əzim Şirvani bu münasibətlə şeir yazıb. Eləcə də Puşkinin anadan olmasının 100 illiyi Azərbaycanın böyük şəhərlərində - Bakıda, Naxçıvanda, Şamaxıda xüsusi mərasimlərlə keçirilib. XX əsrdə də Puşkinin yaradıcılığı Azərbaycanda da geniş yayılıb və sevilib. Təməli hələ XIX əsrdə qoyulmuş tərcümə ənənəsi Abbas Səhhət, Böyükağa Qasımzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Rahim, Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Bəxtiyar Vahabzadə və başqaları tərəfindən uğurla davam etdirilib. Puşkinin əsərlərinin demək olar ki, əksəriyyəti Azərbaycan dilinə tərcümə edilib. Xalq şairi Səməd Vurğunun tərcüməsində oxuculara çatdırılan "Yevgeni Onegin" mənzum romanı Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb. Puşkinin yaradıcılığı ilə bağlı çoxlu elmi əsərlər yazılıb, tədqiqatlar aparılıb, Azərbaycanın şəhər və rayonlarında neçə-neçə məktəbə, mədəniyyət ocağına, küçəyə, kitabxanaya Puşkinin adı verilib. Şairin ölümü Dahi şair 27 Yanvar 1837-ci ildə Sankt-Peterburq yaxınlığındakı Qara Dərə adlanan yerdə duel qarşılaşmasında ağır yaralanır və 29 yanvar 1837-ci ildə gözlərini əbədi yumur. Puşkinin ölümü dünya ədəbiyyatını kədərə boğur. Qoqol ona "Puşkin fövqəladə hadisədir" deyirdi. Dostoyevski isə bildirirdi ki, "Puşkin, bizə gələcəkdən xəbər verən peyğəmbərimizdir". Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov da çox kədərlənir və onun ölümünə şeir-mərsiyə həsr edir.Qeyd edək ki, dahi rus şairinin Azərbaycan paytaxtının ən gözəl yerlərindən birində abidəsi göz oxşayır. Bakının Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində eyni adlı meydanda yerləşir. Bürünc abidənin müəllifi heykəltəraş, Rusiyanın İncəsənət Akademiyasının akademiki Yuri Orexovdur. Heykəl 2001-ci ilə oktyabrın 12-də açılıb. Abidənin açılış mərasimində Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Rusiya Federasiyasının Azərbaycandakı sabiq səfiri Nikolay Ryabov iştirak edib. Heykəl Rusiya hökumətinin oktyabrın 18-də Müstəqllliyin bərpası gününün 10 illiyinə hədiyyəsidir.Sputnik Azərbaycan Aleksandr Puşkinin məşhur əsərlərdən biri olan "Yevgeni Onegin"dən parçanı səsləndirmək üçün neyroşəbəkəyə müraciət edib. Zənnimizcə, süni intellekt qarşıya qoyulmuş tapşırığın öhdəsindən gəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455619597_0:0:269:202_1920x0_80_0_0_5012efb100ea817fb54187e2186c2cb1.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
видео, şair, rus, aleksandr sergeyeviç puşkin
видео, şair, rus, aleksandr sergeyeviç puşkin
Rus poeziyasının parlaq simasının doğum günü - Neyroşəbəkə Puşkinin dili ilə nələri dedi
Qafqaza, xüsusən də Azərbaycana böyük sevgisi və rəğbəti olan Puşkinin doğumundan 224 il keçir
Elə tarixi şəxsiyyətlər, nadir istedad sahibləri var ki, onlar öz yaradıcılıqları ilə humanizmə, bütünlükdə insanlığa mənəvi xidmət etdiklərinə görə təkcə mənsub olduqları xalqın deyil, bəşər mədəniyyətinin dahi simalarından sayılırlar.
Bəşər mədəniyyətinin dahi simalarından biri də dahi rus şairi, dramaturqu və nasiri Aleksandr Sergeyeviç Puşkindir. 6 iyun onun doğum günüdür. Puşkin 1799-cı ilin bu günüdə Moskvada doğulub. Atası Sergey Lvoviç ziyalı ailədən idi. Anası Nadejda Osipovna Hannibala gəldikdə isə rus çarı I Pyotr onun atası efiopiyalı İbrahim Hannibalın xaç atası idi.
Nəcib ailənin övladı olan Puşkinin anası və atası çox mədəni, eyni zamanda şöhrət düşkünü olan insanlar idi. Onlar zamanlarının çoxunu müxtəlif tədbirlərdə keçirdikləri üçün Puşkin, ana-ata sevgisindən uzaq böyüyüb. Onun dünyagörüşünün formalaşmasında nənəsi Mariya Alekseyevna (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub.
Dayəsi onun üçün müxtəlif nağıllar danışır, xalq inanclarını, atalar sözlərini, tapmacalarını öyrədirdi. Səkkiz yaşında Puşkin artıq fransız dilini rus dili kimi mükəmməl bilirdi. On bir yaşına çatanda isə heyran olduğu fransız ədəbiyyatını demək olar əzbər bilirdi, bu dildə şeirlər və komediyalar yazırdı. O dövrün tanınmış şair və yazıçıları Puşkinin yaşadığı evə gəlib-gedirdi. Ancaq onların heç biri Puşkinə yaşlı dayəsi Arina qədər təsir edə bilməyib. Dayə onun uşaqlıq ruhunda silinməz izlər qoyub. Dayəsini çox sevən Puşkin ona bir neçə gözəl şeir də həsr edib. Sonralar Puşkin dayəsinin danışdığı nağılların süjetlərindən istifadə edərək "Çar Saltan haqqında nağıl", "Qızıl xoruz haqda nağıl", "Ölmüş çar qızı haqda nağıl" və b. əsərlər yazıb.
Hələ sağlığında ona Azərbaycanda böyük rəğbət olub. Müasirləri bu böyük insanla dostluq etmək, yaradıcılıq əlaqələri saxlamaq marağında idilər. Puşkin də öz növbəsində Azərbaycanın mütəfəkkir şəxsiyyətləri, tədqiqatçıları, şairləri ilə xoş ünsiyyətdə olub, onlarla dostluq edib. Etiraf edək ki, Azərbaycanda orta və yaşlı nəslin çox sevdiyi şairlərin sırasında Puşkinin özünəməxsus yeri var. Hələ orta məktəb illərindən əzbərlədiyimiz şeirlər yaddaşımızdan silinməyib. Füzulinin, Vaqifin, Səməd Vurğunun şeirləri kimi bizə doğma və əziz olub.
Puşkinin özünün də Azərbaycana böyük marağı və diqqəti olub. O, bu sevgisini neçə-neçə şeirində çox poetik şəkildə ifadə edib. 1829-cu ildə Qafqaza səyahətə çıxan Puşkin bu bölgədə yaşayan xalqların nümayəndələri ilə görüşüb, onların həyat tərzi, adət-ənənəsi, milli xüsusiyyətləri ilə maraqlanıb.
Apardığı müşahidələrin nəticəsində sonralar şair Qafqazda yaşayan hər bir xalq barəsində öz fikrini söyləyib. Sonralar Puşkin Ərzuruma səyahəti zamanı yenə də azərbaycanlı döyüşçülərlə rastlaşıb. Bu görüşlər şairi yenidən duyğulandırıb, o, azərbaycanlılar haqqında məhəbbət dolu şeirlər yazıb:
Uzaqlaş, vuruşma, şan-şöhrətindən,
Sən ey gözəl cavan, ey gözəl cavan.
Qarabağ dəstəsi arasında sən
Qanlı döyüşlərə girmə, atma can!
Bilirəm ki, ölüm rast gəlməz sənə,
Qılınclar içində əzrayıl görcək.
Hayıfı gələcək belə bir hüsnə,
Ölüm caynağından nicat verəcək.
Ancaq döyüşvaxtı qorxuram ki, mən,
İtsin sadəliyin, cəld hərəkətin.
Sənin əbədilik çıxsın əlindən
Bu gözəl camalın, abrın-ismətin.
Polşa və Rusiyaya səyahətə çıxan mütəfəkkir Azərbaycan yazıçısı Abbasqulu Ağa Bakıxanov Puşkinlə tanış olub. Onlar bir-birinə olduqca xoş münasibət göstərərək şəxsi əlaqələrini möhkəmləndiriblər. Abbasqulu ağa Bakıxanov Puşkinin əsərlərini Azərbaycan dilinə tərcümə edən ilk şəxsiyyətdir. O, Puşkinin "Bağçasaray fontanı" əsərini 1830-cu illərin birinci yarısında ana dilimizə tərcümə edib.
Böyük mütəfəkkir, dramaturq, nasir və filosof Mirzə Fətəli Axundov da Puşkinin yaradıcılığına dərin məhəbbət bəsləyər, onu müntəzəm oxuyarmış. Axundov 1937-ci ildə Puşkinin dueldə həlak olması münasibətilə "Şərq poeması"nı yazıb. O həmçinin rus şairi Mixail Lermontovun Puşkinin ölümünə həsr etdiyi şeiri də Azərbaycan dilinə tərcümə edib. Ulu öndər Heydər Əliyev Mirzə Fətəli Axundovun "Səbuhi" imzası ilə yazdığı poemanı çox sevərmiş. Aşağıdakı misraları əzbər söylərmiş:
Mirzə Kazım bəy, Firudin bəy Köçərli şairin əsərlərini böyük məhəbbətlə Azərbaycan dilinə tərcümə ediblər. 1880-ci ildə Moskvada Puşkinə abidə qoyulması xəbərini eşidən Azərbaycan şairi Seyid Əzim Şirvani bu münasibətlə şeir yazıb. Eləcə də Puşkinin anadan olmasının 100 illiyi Azərbaycanın böyük şəhərlərində - Bakıda, Naxçıvanda, Şamaxıda xüsusi mərasimlərlə keçirilib.
XX əsrdə də Puşkinin yaradıcılığı Azərbaycanda da geniş yayılıb və sevilib. Təməli hələ XIX əsrdə qoyulmuş tərcümə ənənəsi Abbas Səhhət, Böyükağa Qasımzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Rahim, Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Bəxtiyar Vahabzadə və başqaları tərəfindən uğurla davam etdirilib.
Puşkinin əsərlərinin demək olar ki, əksəriyyəti Azərbaycan dilinə tərcümə edilib. Xalq şairi Səməd Vurğunun tərcüməsində oxuculara çatdırılan "Yevgeni Onegin" mənzum romanı Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb. Puşkinin yaradıcılığı ilə bağlı çoxlu elmi əsərlər yazılıb, tədqiqatlar aparılıb, Azərbaycanın şəhər və rayonlarında neçə-neçə məktəbə, mədəniyyət ocağına, küçəyə, kitabxanaya Puşkinin adı verilib.
Dahi şair 27 Yanvar 1837-ci ildə Sankt-Peterburq yaxınlığındakı Qara Dərə adlanan yerdə duel qarşılaşmasında ağır yaralanır və 29 yanvar 1837-ci ildə gözlərini əbədi yumur.
Puşkinin ölümü dünya ədəbiyyatını kədərə boğur. Qoqol ona "Puşkin fövqəladə hadisədir" deyirdi. Dostoyevski isə bildirirdi ki, "Puşkin, bizə gələcəkdən xəbər verən peyğəmbərimizdir". Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov da çox kədərlənir və onun ölümünə şeir-mərsiyə həsr edir.
Qeyd edək ki, dahi rus şairinin Azərbaycan paytaxtının ən gözəl yerlərindən birində abidəsi göz oxşayır. Bakının Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində eyni adlı meydanda yerləşir. Bürünc abidənin müəllifi heykəltəraş, Rusiyanın İncəsənət Akademiyasının akademiki Yuri Orexovdur. Heykəl 2001-ci ilə oktyabrın 12-də açılıb. Abidənin açılış mərasimində Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Rusiya Federasiyasının Azərbaycandakı sabiq səfiri Nikolay Ryabov iştirak edib. Heykəl Rusiya hökumətinin oktyabrın 18-də Müstəqllliyin bərpası gününün 10 illiyinə hədiyyəsidir.
Sputnik Azərbaycan Aleksandr Puşkinin məşhur əsərlərdən biri olan "Yevgeni Onegin"dən parçanı səsləndirmək üçün neyroşəbəkəyə müraciət edib. Zənnimizcə, süni intellekt qarşıya qoyulmuş tapşırığın öhdəsindən gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.