https://sputnik.az/20230606/paris-tokioda-nato-ofisinin-acilmasinin-eleyhine-cixib-455646875.html
Paris Tokioda NATO ofisinin açılmasının əleyhinə çıxıb
Paris Tokioda NATO ofisinin açılmasının əleyhinə çıxıb
Sputnik Azərbaycan
Fransa hesab edir ki, alyansın nizamnaməsi onun fəaliyyət dairəsini "Şimali Atlantika" ilə məhdudlaşdırır. 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T22:49+0400
2023-06-06T22:49+0400
2023-06-06T22:49+0400
nato
dünya xəbərləri
fransa
https://cdnn1.img.sputnik.az/img/40315/92/403159276_0:0:3076:1731_1920x0_80_0_0_da586b8a98abc8588ba98a3a4547d30f.jpg
BAKI, 6 iyun — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Çinlə münasibətləri gərginləşdirmək istəmədiyi üçün NATO-nun Tokioda ofis açmaq təklifinə qarşı çıxıb. "Financial Times" bu barədə məsələ ilə tanış olan şəxslərə istinadən yazır. "Əgər... biz NATO-nu əhatə dairəsini və coğrafiyasını genişləndirməyə sövq etsək, böyük səhv etmiş olarıq", –deyə Makron alyansın konfransında bildirib. Nəşrin yazdığına görə, Paris hesab edir ki, Alyansın nizamnaməsi onun fəaliyyət dairəsini "Şimali Atlantika" ilə məhdudlaşdırır. Fransa "NATO ilə Çin arasında gərginliyə səbəb olan" hər hansı bir şeyi dəstəkləmək istəmir. Qeyd olunub ki, ofisin açılması ÇXR tərəfindən, xüsusən də Ukrayna məsələsində etimadı sarsıda bilər. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Tokioda ofisinin açılması ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi də daha əvvəl Yaponiyada ofis açmaqla bağlı müzakirələr apardığını açıqlayıb. NATO-nun Tokiodakı Əlaqə Bürosu Asiyada ilk belə qurum olacaq. İndiyədək alyansdan kənar oxşar qurumlar yalnız Ukrayna və Gürcüstanda açılıb. Yaponiya ilə yanaşı, alyans Cənubi Koreya və Avstraliyanı Hind-Sakit okean regionunda tərəfdaşlar hesab edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl qeyd edib ki, NATO-nun Tokioda ofis açmaq planları Alyansın Asiya-Sakit okean regionunda möhkəmlənmək niyyətinin əməli sübutudur. O əlavə edib ki, Şimali Atlantika blokunun Asiyada irəliləməsi bu regionun militarizasiyasına və blok qarşıdurmasının güclənməsinə gətirib çıxaracaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40315/92/403159276_226:0:2957:2048_1920x0_80_0_0_a37e3457d1d53a1e5c3f4fe5677e2eaa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, fransa
Paris Tokioda NATO ofisinin açılmasının əleyhinə çıxıb
Fransa hesab edir ki, alyansın nizamnaməsi onun fəaliyyət dairəsini "Şimali Atlantika" ilə məhdudlaşdırır.
BAKI, 6 iyun — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Çinlə münasibətləri gərginləşdirmək istəmədiyi üçün NATO-nun Tokioda ofis açmaq təklifinə qarşı çıxıb.
"Financial Times" bu barədə məsələ ilə tanış olan şəxslərə istinadən yazır.
"Əgər... biz NATO-nu əhatə dairəsini və coğrafiyasını genişləndirməyə sövq etsək, böyük səhv etmiş olarıq", –deyə Makron alyansın konfransında bildirib.
Nəşrin yazdığına görə, Paris hesab edir ki, Alyansın nizamnaməsi onun fəaliyyət dairəsini "Şimali Atlantika" ilə məhdudlaşdırır. Fransa "NATO ilə Çin arasında gərginliyə səbəb olan" hər hansı bir şeyi dəstəkləmək istəmir. Qeyd olunub ki, ofisin açılması ÇXR tərəfindən, xüsusən də Ukrayna məsələsində etimadı sarsıda bilər.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Tokioda ofisinin açılması ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi də daha əvvəl Yaponiyada ofis açmaqla bağlı müzakirələr apardığını açıqlayıb. NATO-nun Tokiodakı Əlaqə Bürosu Asiyada ilk belə qurum olacaq. İndiyədək alyansdan kənar oxşar qurumlar yalnız Ukrayna və Gürcüstanda açılıb. Yaponiya ilə yanaşı, alyans Cənubi Koreya və Avstraliyanı Hind-Sakit okean regionunda tərəfdaşlar hesab edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl qeyd edib ki, NATO-nun Tokioda ofis açmaq planları Alyansın Asiya-Sakit okean regionunda möhkəmlənmək niyyətinin əməli sübutudur. O əlavə edib ki, Şimali Atlantika blokunun Asiyada irəliləməsi bu regionun militarizasiyasına və blok qarşıdurmasının güclənməsinə gətirib çıxaracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.