SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Monqolustan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

© AFP 2023 / LUDOVIC MARINİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Monqolustanın Prezidenti təbrik məktubunda qeyd edib ki, ikitərəfli əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində də genişlənərək daha da möhkəmlənəcək.
BAKI, 6 iyun — Sputnik. Monqolustanın Prezidenti Uxnaaqiyn Xürelsüx Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Məmnunluqla bildirirəm ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız müxtəlif sahələrdə daha da güclənir. Həmçinin inanıram ki, ikitərəfli əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində də genişlənərək daha da möhkəmlənəcək.
Bu fürsətdən istifadə edərək, Sizə münasib olan vaxtda Zati-alinizi Monqolustana səfərə dəvət etmək istəyirəm.
Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayıram".
Xəbər lenti
0