CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda güclü səs effekti yaradan pirotexniki vasitədən istifadə edən şəxs həbs edilib

© pixabay / meineresterampePirotexniki vasitə, arxiv şəkli
Pirotexniki vasitə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb
BAKI, 6 iyun — Sputnik. Ötən gecə naməlum şəxs gecə saat 3 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0