https://sputnik.az/20230606/azerbaycanda-milli-dadlar-layihesinin-icrasina-baslanilib-455645827.html
Azərbaycanda "Milli dadlar" layihəsinin icrasına başlanılıb
Azərbaycanda "Milli dadlar" layihəsinin icrasına başlanılıb
Sputnik Azərbaycan
Azadə Hüseynova bu il Şuşada kulinariya günlərinin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. O bildirib ki, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə... 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T13:29+0400
2023-06-06T13:29+0400
2023-06-06T13:29+0400
yemək
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42259/83/422598378_0:438:2001:1563_1920x0_80_0_0_a891ef76e1684e081467c9d06c4a02d9.jpg
BAKI, 6 iyun — Sputnik. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) "Milli dadlar" layihəsinin icrasına başlayıb. Bunu Büronun Qastronomiya turizminin idarə edilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirib. Onun sözlərinə görə, layihə müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır. O qeyd edib ki, indiyə qədər 1 200-ə qədər milli dad bir araya yığılıb. Layihənin məqsədi bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir. Layihə tezliklə ictimaiyyətə təqdim ediləcək Bundan başqa, ATB rəsmisin sözlərinə görə, yaxın vaxtlarda Bayıl Kulinariya Təcrübə Mərkəzi açılacaq: "Bu mərkəz Azərbaycanda kulinariyanın inkişafına mühüm töhfə verəcək. S.Əsgərova həmçinin Azərbaycanda yeni turizm marşrutu üzərində iş getdiyini deyib: "Dünyada "Zeytun yolu" adlı turizm marşrutu var. Biz də isfəyirik ki, ölkəmizdə də eyni marşrut olsun və bunun üçün işlərimizi davam etdiririk". Bundan başqa, milli küçə yeməklərinin hazırlanması istiqamətində konsepsiya üzərində iş aparılır. Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova "Azərbaycanın qastroturizm perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.O bildirib ki, bu çərçivədə qutabın müxtəlif növlərinin təqdim olunması nəzərdə tutulur: "Təəssüf ki, bizdə küçə yeməyi deyəndə dönər və lahmacun başa düşülür. Bu da Türkiyə mətbəxinə aiddir. Bizim milli yeməklərin də "streed food" modelinin hazırlanması önəmlidir". Eyni zamanda, Dövlət Turizm Agentliyinin sədr müavini əlavə edib ki, Azərbaycanda unudulmaqda olan yeməklərdən ibarət marşrutlar hazırlanması istiqamətində iş aparılır. O bildirib ki, yaxın zamanda işlər yekunlaşacaq: "Əvvəlcə pilot olaraq 2-3 turun təşkili nəzərdə tutulur. Daha sonra bu marşrutlar biznes üçün açıq olacaq". Sədr müavini həmçinin qeyd edib ki, qastronomiya ilə bağlı İpək yolu adlı marşrutu da hazırdır: "Şamaxıda bu istiqamətdə tədbirin keçirilməsi nəzərdə tutulur. Burada dünyanın müxrəlif ölkələrindən, o cümlədən türk dövlətlərindən nümayəndələr iştirak edəcək". Azadə Hüseynova həmçinin bu il Şuşada kulinariya günlərinin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. O bildirib ki, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə də turizmin inkişafı istiqamətində işlər aparılır. Tuğda Qastronomiya Mərkəzinin açılması nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42259/83/422598378_0:251:2001:1751_1920x0_80_0_0_667e8548acd72ea9f78d79f412a8cc99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yemək
Azərbaycanda "Milli dadlar" layihəsinin icrasına başlanılıb
Azadə Hüseynova bu il Şuşada kulinariya günlərinin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. O bildirib ki, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə də turizmin inkişafı istiqamətində işlər aparılır.
BAKI, 6 iyun — Sputnik. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) "Milli dadlar" layihəsinin icrasına başlayıb. Bunu Büronun Qastronomiya turizminin idarə edilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirib.
Onun sözlərinə görə, layihə müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır.
O qeyd edib ki, indiyə qədər 1 200-ə qədər milli dad bir araya yığılıb. Layihənin məqsədi bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir. Layihə tezliklə ictimaiyyətə təqdim ediləcək
Bundan başqa, ATB rəsmisin sözlərinə görə, yaxın vaxtlarda Bayıl Kulinariya Təcrübə Mərkəzi açılacaq: "Bu mərkəz Azərbaycanda kulinariyanın inkişafına mühüm töhfə verəcək.
S.Əsgərova həmçinin Azərbaycanda yeni turizm marşrutu üzərində iş getdiyini deyib: "Dünyada "Zeytun yolu" adlı turizm marşrutu var. Biz də isfəyirik ki, ölkəmizdə də eyni marşrut olsun və bunun üçün işlərimizi davam etdiririk".
Bundan başqa, milli küçə yeməklərinin hazırlanması istiqamətində konsepsiya üzərində iş aparılır. Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova "Azərbaycanın qastroturizm perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.O bildirib ki, bu çərçivədə qutabın müxtəlif növlərinin təqdim olunması nəzərdə tutulur: "Təəssüf ki, bizdə küçə yeməyi deyəndə dönər və lahmacun başa düşülür. Bu da Türkiyə mətbəxinə aiddir. Bizim milli yeməklərin də "streed food" modelinin hazırlanması önəmlidir".
Eyni zamanda, Dövlət Turizm Agentliyinin sədr müavini əlavə edib ki, Azərbaycanda unudulmaqda olan yeməklərdən ibarət marşrutlar hazırlanması istiqamətində iş aparılır. O bildirib ki, yaxın zamanda işlər yekunlaşacaq: "Əvvəlcə pilot olaraq 2-3 turun təşkili nəzərdə tutulur. Daha sonra bu marşrutlar biznes üçün açıq olacaq".
Sədr müavini həmçinin qeyd edib ki, qastronomiya ilə bağlı İpək yolu adlı marşrutu da hazırdır: "Şamaxıda bu istiqamətdə tədbirin keçirilməsi nəzərdə tutulur. Burada dünyanın müxrəlif ölkələrindən, o cümlədən türk dövlətlərindən nümayəndələr iştirak edəcək".
Azadə Hüseynova həmçinin bu il Şuşada kulinariya günlərinin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. O bildirib ki, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə də turizmin inkişafı istiqamətində işlər aparılır. Tuğda Qastronomiya Mərkəzinin açılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.