https://sputnik.az/20230606/abs-prezidentliyine-namized-ukraynada-munaqise-nato-nun-genislenmesi-sebebinden-baslayib-455648605.html
ABŞ prezidentliyinə namizəd: Ukraynada münaqişə NATO-nun genişlənməsi səbəbindən başlayıb
ABŞ prezidentliyinə namizəd: Ukraynada münaqişə NATO-nun genişlənməsi səbəbindən başlayıb
Sputnik Azərbaycan
ABŞ prezidentliyinə namizədliyini açıqlayan amerikalı iş adamı Vivek Ramasvami NATO-nun genişlənməsinin fəlakət olduğunu söyləyib. 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T18:55+0400
2023-06-06T18:55+0400
2023-06-06T18:55+0400
abş
dünya xəbərləri
nato
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455648436_0:0:3072:1728_1920x0_80_0_0_d8f57e8032790cd11166ffdaf27a8abc.jpg
BAKI, 6 iyun — Sputnik. Ukraynada münaqişənin başlamasının yeganə səbəbi NATO-nun genişlənməsidir. ABŞ prezidentliyinə namizədliyini açıqlayan amerikalı iş adamı Vivek Ramasvami belə hesab edir. "Mən bilirəm ki, bunu söyləmək lazım deyil, əslində bu, həqiqətdir. NATO-nun genişlənməsi fəlakət idi", - deyə o, "Politico"ya müsahibəsində bildirib. Ramasvaminin sözlərinə görə, münaqişənin həlli çərçivəsində NATO Ukraynanın alyansa qoşulmayacağına söz verməlidir. Eyni zamanda, tərəflərin mövqeləri "Koreya müharibəsi üslubunda" dondurulmalı, Kiyev və Moskva atəşkəs haqqında saziş bağlamalıdırlar. Lakin o düşünmür ki, Ukrayna ərazisində Koreya yarımadasında olduğu kimi hərbi iştiraka ehtiyac var. Bununla yanaşı, prezidentliyə namizəd hesab edir ki, ərazi güzəştləri qarşılığında Rusiya ÇXR ilə birgə hərbi təlimləri dayandırmalı, Kalininqraddan nüvə silahını çıxarmalı və Qərb yarımkürəsində hərbi mövcudluğunu dayandırmalıdır. Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya öz maraqlarını qorumağa çalışacaq. Bu, NATO-nun Ukrayna hesabına genişlənməsini və alyansın birbaşa Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmasını istisna edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455648436_160:0:2891:2048_1920x0_80_0_0_1fbaf7d15ebaf08705df88042b63211b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, nato, ukrayna
ABŞ prezidentliyinə namizəd: Ukraynada münaqişə NATO-nun genişlənməsi səbəbindən başlayıb
ABŞ prezidentliyinə namizədliyini açıqlayan amerikalı iş adamı Vivek Ramasvami NATO-nun genişlənməsinin fəlakət olduğunu söyləyib.
BAKI, 6 iyun — Sputnik. Ukraynada münaqişənin başlamasının yeganə səbəbi NATO-nun genişlənməsidir.
ABŞ prezidentliyinə namizədliyini açıqlayan amerikalı iş adamı Vivek Ramasvami belə hesab edir.
"Mən bilirəm ki, bunu söyləmək lazım deyil, əslində bu, həqiqətdir. NATO-nun genişlənməsi fəlakət idi", - deyə o, "Politico"ya müsahibəsində bildirib.
Ramasvaminin sözlərinə görə, münaqişənin həlli çərçivəsində NATO Ukraynanın alyansa qoşulmayacağına söz verməlidir. Eyni zamanda, tərəflərin mövqeləri "Koreya müharibəsi üslubunda" dondurulmalı, Kiyev və Moskva atəşkəs haqqında saziş bağlamalıdırlar. Lakin o düşünmür ki, Ukrayna ərazisində Koreya yarımadasında olduğu kimi hərbi iştiraka ehtiyac var.
Bununla yanaşı, prezidentliyə namizəd hesab edir ki, ərazi güzəştləri qarşılığında Rusiya ÇXR ilə birgə hərbi təlimləri dayandırmalı, Kalininqraddan nüvə silahını çıxarmalı və Qərb yarımkürəsində hərbi mövcudluğunu dayandırmalıdır.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya öz maraqlarını qorumağa çalışacaq. Bu, NATO-nun Ukrayna hesabına genişlənməsini və alyansın birbaşa Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmasını istisna edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.