https://sputnik.az/20230605/turkmenistan-azerbaycan-ve-turkiye-ile-sazisi-tesdiqledi-455602867.html
Türkmənistan Azərbaycan və Türkiyə ilə Sazişi təsdiqlədi
Türkmənistan Azərbaycan və Türkiyə ilə Sazişi təsdiqlədi
Sputnik Azərbaycan
Bildirilib ki, enerji, kənd təsərrüfatı, qida və kimya sənayesi, nəqliyyat və logistika sahələrində Bakı və Ankara ilə uzunmüddətli əməkdaşlıq Aşqabad üçün... 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T11:41+0400
2023-06-05T11:41+0400
2023-06-05T11:46+0400
türkmənistan
iqtisadiyyat
azərbaycan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 5 iyun — Sputnik. Türkmənistan parlamenti "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"i ratifikasiya edib. Bu barədə "Neytral Türkmənistan" qəzeti məlumat yayıb. Qeyd olunub ki, sənəd Türkmənistanın 7-ci çağırış parlamentinin ikinci iclasında ratifikasiya edilib. "Üçtərəfli sazişin əsas məqsədi dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və intensivləşdirməkdir", - "Neytral Türkmənistan" nəşrində vurğulanıb. Bildirilib ki, enerji, kənd təsərrüfatı, qida və kimya sənayesi, nəqliyyat və logistika sahələrində Bakı və Ankara ilə uzunmüddətli əməkdaşlıq Aşqabad üçün faydalıdır. Bu saziş qarşılıqlı maraq doğuran məsələlər üzrə yeni əməkdaşlıq sahələrinin açılmasına töhfə verəcək. Xatırladaq ki, bu saziş ötən ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkmənistan, azərbaycan, türkiyə
türkmənistan, azərbaycan, türkiyə
Türkmənistan Azərbaycan və Türkiyə ilə Sazişi təsdiqlədi
11:41 05.06.2023 (Yenilənib: 11:46 05.06.2023) Bildirilib ki, enerji, kənd təsərrüfatı, qida və kimya sənayesi, nəqliyyat və logistika sahələrində Bakı və Ankara ilə uzunmüddətli əməkdaşlıq Aşqabad üçün faydalıdır.
BAKI, 5 iyun — Sputnik. Türkmənistan parlamenti "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"i ratifikasiya edib.
Bu barədə "Neytral Türkmənistan" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, sənəd Türkmənistanın 7-ci çağırış parlamentinin ikinci iclasında ratifikasiya edilib.
"Üçtərəfli sazişin əsas məqsədi dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və intensivləşdirməkdir", - "Neytral Türkmənistan" nəşrində vurğulanıb.
Bildirilib ki, enerji, kənd təsərrüfatı, qida və kimya sənayesi, nəqliyyat və logistika sahələrində Bakı və Ankara ilə uzunmüddətli əməkdaşlıq Aşqabad üçün faydalıdır.
Bu saziş qarşılıqlı maraq doğuran məsələlər üzrə yeni əməkdaşlıq sahələrinin açılmasına töhfə verəcək.
Xatırladaq ki, bu saziş ötən ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.