DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə-Suriya münasibətlərində yeni dövr açılacaq - ekspert

© AFP 2024 / LOUAI BESHARASuriya bayrağı, arxiv şəkli
Suriya bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Son illər Ərdoğanın komandasında meyar kimi fədakarlıq anlayışını deyil, ləyaqət mövzusunu seçməsi hamı tərəfindən yüksək qiymətləndirilib.
BAKI, 5 iyun — Sputnik. Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəhbəri Hakan Fidanın Türkiyə Xarici İşlər Nazirliyinə rəhbər təyin olunması ilə Ankaranın Dəməşqlə münasibətlərində yeni dövr açılır. Bunu türkiyəli politoloq Engin Özer RİA Novosti-yə bildirib.
Türkiyədə yenidən prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan şənbə günü yeni nazirlər kabinetinin siyahısını açıqlayıb.

"Prezident Tayyib Ərdoğan mayın 28-də qazandığı qələbədən dərhal sonra quracağı hökumətin bütün Türkiyəni təmsil edəcəyinə söz verdi. Həqiqətən də Ərdoğanın yeni kabineti öz işini yaxşı görənlər arasından seçildi. Yeni nazirlərin əksəriyyəti uğurlu texnokratlardır və partiya mənşəli bürokratlar çox azdır. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) hakimiyyətinin ilk illərində cəmiyyət tərəfindən qiymətləndirilən uğurlu texnokrat və bürokratlara mühüm vəzifələr verməklə uğur qazanmışdır. Yeni kabinet 2002-ci ildəki kabineti xatırladır", - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, son illər Ərdoğanın komandasında meyar kimi fədakarlıq anlayışını deyil, ləyaqət mövzusunu seçməsi hamı tərəfindən yüksək qiymətləndirilib:

"Bu mövzu xüsusilə iqtisadiyyat sahəsində müsbət nəticələr verəcək. Xüsusilə bəzi nazirləri dəyərləndirsək, MİT-in keçmiş rəhbəri Hakan Fidanın xarici işlər naziri seçilməsi Suriya ilə yeni bir dövrün açılacağına işarə kimi qəbul edilə bilər. Fidan təhlükəsizlik sahəsində mütəxəssis olan və xarici işlər naziri vəzifəsini yerinə yetirmək üçün bir çox keyfiyyətlərə malik bir bürokratdır".

Fidan Merilend Universitetində (ABŞ) İdarəetmə və Siyasi Elmlər üzrə magistr dərəcəsini bitirdikdən sonra Bilkənd Universitetində doktorluq dərəcəsi alıb. 1986-2001-ci illərdə Türkiyə ordusunda kiçik zabit rütbəsində xidmət edib. 2003-2007-ci illərdə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinə rəhbərlik edib. 2007-ci ilin noyabrında Nazirlər Rəyasət Heyətində dövlət katibinin müavini təyin edilib. 2010-cu ildən Fidan Türkiyə kəşfiyyatının rəhbəri vəzifəsində çalışıb. Onun beynəlxalq təhlükəsizlik, beynəlxalq inkişaf və Türkiyə xarici siyasəti ilə bağlı elmi məqalələri var.
2014-cü ildən Türkiyənin xarici işlər naziri postunu hazırda Antalya vilayətindən Böyük Millət Məclisinə seçilən Mövlud Çavuşoğlu tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0