https://sputnik.az/20230605/turkiye-bogazlardan-kecid-haqqini-qaldirir---qezet-455601921.html
Türkiyə boğazlardan keçid haqqını qaldırır - Qəzet
Türkiyə boğazlardan keçid haqqını qaldırır - Qəzet
Sputnik Azərbaycan
Bu il Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə rüsumlardan əldə etdiyi gəlir, təxminən 900 milyon dollar təşkil edəcək. 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T14:01+0400
2023-06-05T14:01+0400
2023-06-05T14:01+0400
türkiyə
dünya xəbərləri
boğaz
haqq
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157276_0:160:3072:1888_1920x0_80_0_0_710fab1a02a3466d3e8a47202d774b5d.jpg
BAKI, 5 iyun — Sputnik. Türkiyə, Montrö Konvensiyasına əsasən, iyulun 1-dən ticarət gəmilərinin Qara dəniz boğazları zonasından - Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8,3% artırır. "Aydınlık" qəzeti bu barədə Türkiyə Nəqliyyat Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin məlumatına istinadən xəbər verib. Nəşrin məlumatına görə, rüsum, bundan sonra 4,42 dollar olacaq. Həmçinin qeyd edilir ki, cari ildə Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə rüsumlardan əldə etdiyi gəlir, təxminən 900 milyon dollar təşkil edəcəksə, əvvəlki illərdə bu məbləğ 160-170 milyon dollara bərabər idi. Xatırladaq ki, Boğaziçi və Çanaqqala boğazlarında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasına uyğun olaraq, onlardan keçməkdən ötrü tibbi nəzarət, mayak və gəmilərin təxliyəsi xidmətləri üçün ödənişlər alınır.1936-cı ildə konvensiyanın imzalanmasından sonra rüsumların məbləği 0,8 dollara bərabər tutulan qızıl frank əsasında hesablanır. Bu məbləğ 1983-cü ildən 2022-ci ilə qədər dəyişməz qalıb. Ötən ilin oktyabrından rüsumların dəyəri 4,08 dollara qədər artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157276_171:0:2902:2048_1920x0_80_0_0_941bc4843db4a0bf30505366f06fc1b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
türkiyə, boğaz, haqq
Türkiyə boğazlardan keçid haqqını qaldırır - Qəzet
Bu il Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə rüsumlardan əldə etdiyi gəlir, təxminən 900 milyon dollar təşkil edəcək.
BAKI, 5 iyun — Sputnik. Türkiyə, Montrö Konvensiyasına əsasən, iyulun 1-dən ticarət gəmilərinin Qara dəniz boğazları zonasından - Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8,3% artırır.
"Aydınlık" qəzeti bu barədə Türkiyə Nəqliyyat Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin məlumatına istinadən xəbər verib.
Nəşrin məlumatına görə, rüsum, bundan sonra 4,42 dollar olacaq. Həmçinin qeyd edilir ki, cari ildə Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə rüsumlardan əldə etdiyi gəlir, təxminən 900 milyon dollar təşkil edəcəksə, əvvəlki illərdə bu məbləğ 160-170 milyon dollara bərabər idi.
Xatırladaq ki, Boğaziçi və Çanaqqala boğazlarında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasına uyğun olaraq, onlardan keçməkdən ötrü tibbi nəzarət, mayak və gəmilərin təxliyəsi xidmətləri üçün ödənişlər alınır.
1936-cı ildə konvensiyanın imzalanmasından sonra rüsumların məbləği 0,8 dollara bərabər tutulan qızıl frank əsasında hesablanır. Bu məbləğ 1983-cü ildən 2022-ci ilə qədər dəyişməz qalıb.
Ötən ilin oktyabrından rüsumların dəyəri 4,08 dollara qədər artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.