https://sputnik.az/20230605/simal-cenub-cercivesinde-azerbaycan-erazisinden-demir-yolu-dasimalari-40-artib-455636366.html
“Şimal-Cənub” çərçivəsində Azərbaycan ərazisindən dəmir yolu daşımaları 40% artıb
“Şimal-Cənub” çərçivəsində Azərbaycan ərazisindən dəmir yolu daşımaları 40% artıb
Sputnik Azərbaycan
Analitiklər hətta Rəşt-Astara dəmir yolunun tikintisi başa çatana qədər də İran istiqamətində tələbat artımının davam edəcəyini gözləyirlər. 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T21:53+0400
2023-06-05T21:53+0400
2023-06-05T21:58+0400
iqtisadiyyat
şimal-cənub
dəmir yolu
azərbaycan
rəşt-astara dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/42138/63/421386323_0:138:1943:1231_1920x0_80_0_0_4ccd3b0b9d2595afd4d07bda5d9bf2f0.jpg
BAKI, 5 iyun - Sputnik. Yanvar-may aylarında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) qərb marşrutu üzrə dəmir yolu daşımaları 38% artıb. Bu barədə "Kommersant" qəzeti xəbər verir.“Kommersant” Rusiya Dəmir Yollarına istinadən məlumat yayıb ki, belə daşımaların əsas payı Azərbaycandan keçməklə Rusiyanı İranla birləşdirən qərb marşrutunun payına düşüb - 3,6 milyon ton (artım 37,9%).Xatırladaq ki, mayın 17-də Rusiya və İran arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalanıb.Layihənin həyata keçirilməsi üçün Moskva 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayırıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur."Şimal-Cənub" BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur.Üç BND marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb və şərq (quru).Mayın 17-də Rusiya və İran BND-nin qərb marşrutu üzrə İranda Rəşt-Astara dəmir yolunun sonuncu zəruri hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42138/63/421386323_0:0:1943:1458_1920x0_80_0_0_f5b33f0d96f3e201a1f942cb455b5c70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şimal-cənub, dəmir yolu, azərbaycan, rəşt-astara dəmir yolu
şimal-cənub, dəmir yolu, azərbaycan, rəşt-astara dəmir yolu
“Şimal-Cənub” çərçivəsində Azərbaycan ərazisindən dəmir yolu daşımaları 40% artıb
21:53 05.06.2023 (Yenilənib: 21:58 05.06.2023) Analitiklər hətta Rəşt-Astara dəmir yolunun tikintisi başa çatana qədər də İran istiqamətində tələbat artımının davam edəcəyini gözləyirlər.
BAKI, 5 iyun - Sputnik. Yanvar-may aylarında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) qərb marşrutu üzrə dəmir yolu daşımaları 38% artıb. Bu barədə "Kommersant" qəzeti xəbər verir.
“2023-cü ilin beş ayında Şimal-Cənub BND üzrə dəmir yolu daşımaları 40%-dən çox artaraq 4 milyon tona çatıb. Həcmin böyük hissəsi qərb marşrutu ilə gedir, burada hələ davamlı dəmir yolu əlaqəsi yoxdur. Şərq və Transxəzər istiqamətlərində artım 80%-i ötsə də, həcmlər hələ də nisbətən kiçikdir. Qərb ölkələri tərəfindən ixrac məhdudiyyətlərinin sərtləşdirilməsini nəzərə alaraq, analitiklər hətta Rəşt-Astara dəmir yolunun tikintisi başa çatana qədər də İran istiqamətində tələbat artımının davam edəcəyini gözləyirlər”, - deyə nəşr bildirir.
“Kommersant” Rusiya Dəmir Yollarına istinadən məlumat yayıb ki, belə daşımaların əsas payı Azərbaycandan keçməklə Rusiyanı İranla birləşdirən qərb marşrutunun payına düşüb - 3,6 milyon ton (artım 37,9%).
Xatırladaq ki, mayın 17-də Rusiya və İran arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalanıb.
Layihənin həyata keçirilməsi üçün Moskva 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayırıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
"Şimal-Cənub" BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur.
Üç BND marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb və şərq (quru).
Mayın 17-də Rusiya və İran BND-nin qərb marşrutu üzrə İranda Rəşt-Astara dəmir yolunun sonuncu zəruri hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.