CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polietilen torbaların pullu olması onlardan istifadəni nə qədər azaldıb?

© AFP 2024 / Justin TALLISPolietilen torba, arxiv şəkli
Polietilen torba, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Bir müddət bundan əvvəl daha yüngül təkrar emala yararlı olmayan 15 mikrona qədər polietilen torbaların istifadəsi məhdudlaşdırılmışdı.
BAKI, 5 iyun — Sputnik. Bu ilin fevral ayının 15-dən ölkəmizdə marketlərdə alıcılara polietilen torbaların ayrıca məhsul növü kimi satışına başlanılıb. Polietilen torbaların kiçik ölçüsünün qiyməti 3, böyük ölçüsünün isə qiyməti 5 qəpik təşkil edir. Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Bəs görəsən bu qərar polietilen torbalardan istifadəni nə qədər azaldıb?
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Sputnik Azərbaycana açıqlamasında bildirib ki, ölkədə plastik tullantılarının ətraf mühitə mənfi təsirini azaltmaq, paralel olaraq arternativ məhsullardan istifadəni təşkil etmək məqsədi ilə bəzi plastik qablaşdırma vasitələrinin dövriyyəsinin mərhələli şəkildə azldılması üçün beynəlxalq təcrübəyə uyğun bir sıra tədbirlər görülür.
© Sputnik / Murad OrujovRasim Səttarzadə
Расим Саттарзаде в пресс-центре агентства Sputnik - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Rasim Səttarzadə
O cümlədən Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarıyla ticarət ictimai iaşə məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılara təqdim olunan və onlar tərəfindən mal, eləcə də atqıların daşınması üçün istifadə olunan 15-50 mikron qalınlıqlı yüngül çəkili politen torbaların ayrıca məhsul kimi pullu təqdim edilməsi məsələsi həmin qərarda təsdiq edilib.
Nazir müşaviri bildirib ki, bununla bağlı müvafiq qurumlarla birlikdə çoxlu müzakirələr aparılıb, bu sahədə marifləndirmə tədbirlərin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində "D" alternativ torbaların satışının dəstəklənməsi və s. işlər görülüb.

"Artıq bilirsiniz ki, bu ilin əvvəlindən artıq həmin torbalar pullu təqdim olunur və bu tətbiq olunandan bu günə qədər keçən son 2 ay yarım müddətin nəticələri göstərir ki, onların istifadəsi orta hesabla 30-40% azalıb. Bəzi ticarət məntəqələrində hətta 60%-ə yaxın azalıb"- deyə R. Səttarzadə bildirib.

Onun sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsi plastik torbaların ətraf mühitə mənfi təsirinin azaldılmasına və bizim müvafiq hədəflərimizə nail olmağa imkan verəcək.
© AP Photo / Mark BakerPolietilen torbalar, arxiv şəkli
Покупательница кладет в багаж машины товары в пластиковых пакетах, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Polietilen torbalar, arxiv şəkli
O qeyd edib ki, bir müddət bundan əvvəl daha yüngül təkrar emala yararlı olmayan 15 mikrona qədər polietilen torbaların istifadəsi məhdudlaşdırılmışdı.
"Artıq onun ətraf mühitə mənfi təsirinin azaldılmasının şahidi oluruq. Həm də bütün bu tədbirlər həm alış-veriş mədəniyyətinin formalaşdırılmasında, həm də biznes qurumlarının sosial məsuliyyətinin artırılmasında müsbət rol oynayacaq", - deyə nazirin müşaviri fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0