Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Heykəlataraşların nəzərinə: Çingiz Aytmatovun abidəsi ilə bağlı açıq müsabiqə elan edilib

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidÇingiz Aytmatov
Çingiz Aytmatov - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Eskiz layihələr Mədəniyyət Nazirliyinin "Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası"nın üzvləri tərəfindən qiymətləndiriləcək.
BAKI, 5 iyun — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir. Müsabiqə 15 iyun – 31 iyul 2023-cü il tarixlərində keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin "Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası"nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 15 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Müsabiqədə iştirakın şərtləri:
1.
Müsabiqədə landşaft, bağça-park, şəhər heykəltaraşlığı sahələrində fəaliyyət göstərən peşəkar yerli və xarici heykəltaraşlar, o cümlədən memarlar iştirak edə bilərlər.
2.
Namizədlər müsabiqədə iştirak etmək üçün nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.
3.
Hər namizəd müsabiqəyə yalnız 1 (bir) eskiz layihəsi təqdim edə bilər.
4.
Namizədlər tərəfindən göndərilmiş sənəd və materiallar geri qaytarılmır və onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları MÜSABİQƏYƏ göndərmiş şəxs daşıyır.
5.
Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının eskizini (maketini) təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə və eskizləri (maketləri) Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə gallery@culture.gov.az ünvanına "Çingiz Aytmatovun heykəlinin hazırlanması üçün müsabiqə" başlığı ilə göndərmək lazımdır.
6.
Müsabiqənin ekspert komissiyası verilmiş ərizə və eskizlər arasından bir qalib müəyyənləşdirir. MÜSABİQƏ iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.
7.
Ərizə-eskizlərin təqdim edilməsi üçün son tarix: 31 iyul 2023-cü il.
8.
Müsabiqənin mövzusu "Çingiz Aytmatov".
Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biridir.
Dünya ədəbiyyatının zirvəsinə yüksəlmiş Çingiz Aytmatovun əsərləri ölkəmizdə çox oxunur və sevilir.
Çingiz Aytmatov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 fevral 2008-ci il tarixində "Dostluq" Ordeni ilə təltif edilib.
Abidənin materialı: bürünc, təbii daş, mərmər və s. (materialın növünü müsabiqənin potensial iştirakçıları təklif edirlər).
Ekspert komissiyası eskizi seçdiyi təqdirdə, heykəlin materialı və həcmi, ölçüsü və materialın növü müəllifin yazılı ərizəsinə əsasən qismən dəyişdirilə bilər.
Hər bir heykəl həm ayrılıqda iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.
Müəllif ideyasının yerinə yetirilməsi zamanı materialın xüsusiyyətlərindən asılı olaraq eskizdən kənarlaşmaya yol verilir (müəllifin razılığı ilə), lakin bu kənarlaşma 30%-dən çox olmamalıdır. İştirakçı - müəlliflər eskizləri (maketləri) komissiyaya təqdim etməlidirlər; eskizlər təkcə foto şəklində yerinə yetirilməyə bilərlər, onların həcmli (plastilin, gil) formada hazırlanmaları arzu olunandır, həcmli eskizlərin bir neçə rakursdan fotoşəkilləri çəkilməli və fotoşəkillər elektron poçt vasitəsilə müsabiqəyə təqdim edilməlidir. İkinci və üçüncü yerin müəlliflərinə uyğun olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı veriləcək.
Müsabiqəyə yekun vurulması
Müsabiqənin təşkilatçısı heykəli nəzərdə tutulmuş ərazidə yerləşdirmək hüququna malikdir. Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkil şəxsinin bilavasitə müşahidəsi altında, MÜSABİQƏNİN təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcək.
Finalda iştirak edən eskiz layihələri müsabiqənin populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda müəllif hüquqları qorunub saxlanılır.
Doldurulmuş qeydiyyat forması 31 iyul 2023-cü il tarixinədək gallery@culture.gov.az elektron poçt ünvanına "Çingiz Aytmatovun heykəlinin hazırlanması üçün müsabiqə" başlığı ilə göndərilməlidir.
Müsabiqənin şərtləri ilə bu linkdən tanış olmaq və qeydiyyat formasını buradan yükləmək olar:
https://culture.gov.az/az/umumi-xeberler/15143
Məlumat üçün bildirək ki, Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.
8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olub, həmin təhsil ocağını əla qiymətlərlə bitirib. 1948—1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb.
1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.
1990–1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb.Aytmatov 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.
Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.
10 iyun 2008-ci il tarixində pnevmoniya xəstəliyi ucbatından müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0