DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Həcc ziyarəti zamanı 40 milyon litr Zəmzəm suyu paylanacaq

© AFP 2024 / BANDAR AL-DANDANIHəcc ziyarəti, arxiv şəkli
Həcc ziyarəti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə Həcc ziyarətinin iyunun 26-da başlanması gözlənilir
BAKI, 5 iyun - Sputnik. Bu il Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir. Bu barədə jurnalistlərə Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscid İşləri üzrə Baş rəyasət heyətinin sədri Əbdülrəhman əl-Sudais məlumat verib.
Azərtac “Saudi Press” informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı qarşıdan gələn Həcc mövsümü ərəfəsində ən böyük əməliyyat planını açıqlayıb. Belə ki, COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq zəvvarların sayına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu il Həcc ziyarətində iştirak edəcəyi gözlənilən milyonlarla zəvvarlara kömək etmək üçün rekord sayda - 14 min heyət üzvü, eləcə də 8 mindən çox könüllü fəaliyyət göstərəcək.
Rəsmi qurumların açıqlamasından sonra Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə Həcc ziyarətinin iyunun 26-da başlanması gözlənilir. Əl-Sudaisin məlumatına görə, Məkkədəki Məscidül-Həram və Mədinədəki Peyğəmbər məscidində ümumilikdə 300 min nüsxə Quran paylanacaq. Tərcümə xidmətləri və bələdçilər dünyanın hər yerindən gələn milyonlarla insanı əhatə etmək üçün 51 dildə yayımlanan saytlarda xidmət göstərəcəklər. Bununla yanaşı, Həcc ziyarəti zamanı Quran tilavəti və hifzi seminarları da təşkil olunacaq.
Həcc ziyarətinin təşkilatçıları İki Müqəddəs məsciddə 40 milyon litr Zəmzəm suyunu paylamaq üçün 30 mindən çox məntəqə yaradıb və hər gün zəvvarlara ən azı iki milyon şüşə təqdim ediləcək.
Saytlardakı mobil proqramlar və robotlar da daxil olmaqla, zəvvarların ümumi təcrübəsini artırmaq məqsədilə rəqəmsal texnologiyadan istifadə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0