https://sputnik.az/20230605/eli-esedov-dunya-bankinin-numayende-heyetini-qebul-edib-455616407.html
Əli Əsədov Dünya Bankının nümayəndə heyətini qəbul edib
Əli Əsədov Dünya Bankının nümayəndə heyətini qəbul edib
Sputnik Azərbaycan
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri... 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T19:42+0400
2023-06-05T19:42+0400
2023-06-05T19:42+0400
əli əsədov
iqtisadiyyat
dünya bankı
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 5 iyun — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı və Bankın Azərbaycan üzrə yeni Ölkə meneceri Stefani Stolmeysteri Baş nazirə təqdim edib. Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib. Eyni zamanda bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, dünya bankı
Əli Əsədov Dünya Bankının nümayəndə heyətini qəbul edib
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.
BAKI, 5 iyun — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı və Bankın Azərbaycan üzrə yeni Ölkə meneceri Stefani Stolmeysteri Baş nazirə təqdim edib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.
Eyni zamanda bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.