https://sputnik.az/20230605/cinde-abs-la-genismiqyasli-munaqisenin-qlobal-felakete-getireceyi-proqnozlasdirib-455592506.html
Çində ABŞ-la genişmiqyaslı münaqişənin qlobal fəlakətə gətirəcəyi proqnozlaşdırıb
Çində ABŞ-la genişmiqyaslı münaqişənin qlobal fəlakətə gətirəcəyi proqnozlaşdırıb
Sputnik Azərbaycan
Çinli nazir vurğulayıb ki, Pekin və Vaşinqton arasındakı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi üçün... 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T00:01+0400
2023-06-05T00:01+0400
2023-06-05T00:01+0400
abş
dünya xəbərləri
çin
münaqişə
qarşıdurma
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435040558_0:321:3068:2047_1920x0_80_0_0_6a18c7e85b04c85ce8980c6ff7679eee.jpg
BAKI, 5 iyun - Sputnik. Vaşinqton və Pekin arasında genişmiqyaslı münaqişə bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər. Bu barədə TASS Çin müdafiə naziri Li Şanfunun sözlərinə istinadən xəbər verib. Çin və ABŞ münasibətləri qlobal əhəmiyyət daşıyır və ölkələr arasındakı qarşıdurma isə bütün beynəlxalq ictimaiyyətə mənfi təsir göstərəcək. “Çinlə ABŞ arasındakı ciddi münaqişənin və ya qarşıdurmanın bütün dünya üçün dözülməz fəlakətə çevriləcəyini inkar etmək olmaz”, - deyə Şanfu qeyd edib. Onun sözlərinə görə, son bir neçə ildə ölkələr arasında münasibətlər çox aşağı səviyyədə olub. Nazir vurğulayıb ki, Pekin və Vaşinqton arasındakı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi üçün maraqların uyğun gəlməsinə çalışmalıdırlar. "Biz inanırıq ki, Çin və ABŞ dünya ölkələrinin ümidlərini doğrultmalı və zamanın tendensiyalarına əməl etməlidirlər", - Şanfu əlavə edib. Bu yaxınlarda ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Li Şanqfu (Pekinin istəməməsinə baxmayaraq) arasında görüşü olub. Lakin Pentaqon qeyd edib ki, onların arasında “əsaslı fikir mübadiləsi” olmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435040558_247:0:2978:2048_1920x0_80_0_0_283561b6a953774f6de2ead4ebfedb15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, çin, münaqişə, qarşıdurma
abş, çin, münaqişə, qarşıdurma
Çində ABŞ-la genişmiqyaslı münaqişənin qlobal fəlakətə gətirəcəyi proqnozlaşdırıb
Çinli nazir vurğulayıb ki, Pekin və Vaşinqton arasındakı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi üçün maraqların uyğun gəlməsinə çalışmalıdırlar.
BAKI, 5 iyun - Sputnik. Vaşinqton və Pekin arasında genişmiqyaslı münaqişə bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Bu barədə TASS Çin müdafiə naziri Li Şanfunun sözlərinə istinadən xəbər verib.
Çin və ABŞ münasibətləri qlobal əhəmiyyət daşıyır və ölkələr arasındakı qarşıdurma isə bütün beynəlxalq ictimaiyyətə mənfi təsir göstərəcək.
“Çinlə ABŞ arasındakı ciddi münaqişənin və ya qarşıdurmanın bütün dünya üçün dözülməz fəlakətə çevriləcəyini inkar etmək olmaz”, - deyə Şanfu qeyd edib.
Onun sözlərinə görə, son bir neçə ildə ölkələr arasında münasibətlər çox aşağı səviyyədə olub. Nazir vurğulayıb ki, Pekin və Vaşinqton arasındakı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi üçün maraqların uyğun gəlməsinə çalışmalıdırlar.
"Biz inanırıq ki, Çin və ABŞ dünya ölkələrinin ümidlərini doğrultmalı və zamanın tendensiyalarına əməl etməlidirlər", - Şanfu əlavə edib.
Bu yaxınlarda ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Li Şanqfu (Pekinin istəməməsinə baxmayaraq) arasında görüşü olub. Lakin Pentaqon qeyd edib ki, onların arasında “əsaslı fikir mübadiləsi” olmayıb.