Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıya məcburi eniş edən təyyarənin sərnişini xəstəxanada ölüb

© Depositphotos.com / SpotmatikphotoXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Xəstəxanada müayinə zamanı sərnişinin ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyyən edilib.
BAKI, 5 iyun — Sputnik. Çinin Honkonq şəhərində anadan olmuş, həm Çin, həm də Böyük Britaniya Krallığının ikili vətəndaşı olan Tsang Yau Keungun Bakının Mərkəzi Klinik Xəstəxanasında ölüb.
Mayın 29-da Tsang Yau Keung Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib.
Daha sonra təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.
Xəstəxanada müayinə zamanı Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyyən edilib və ona mərkəzin reanimasiya şöbəsində tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində dünyasını dəyişib. Araşdırma aparılır.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0