Bakıda dünyaca məşhur "Red Bull Dance Your Style" rəqs müsabiqəsi keçirilib
Bakıda dünyaca məşhur "Red Bull Dance Your Style" rəqs müsabiqəsi keçirilib
Sputnik Azərbaycan
Tədbirdə birinci yeri Məlikməmməd Abdullayev tutub, o, ölkəni Frankfurtda keçirilən layihənin finalında təmsil etmək hüququ qazanıb. 05.06.2023, Sputnik Azərbaycan
BAKI, 5 iyun — Sputnik. Heydər Əliyev Mərkəzinin parkında dünyaca məşhur, çox maraqlı "Red Bull Dance Your Style" rəqs müsabiqəsi keçirilib. Tədbirdə 16 rəqqas iştirak edib. Onlar küçə rəqsi üslubunda yarışıblar. Layihənin özəlliyi ondan ibarətdir ki, iştirakçıların çıxışları zamanı hansı musiqinin səsləndiriləcəyini əvvəlcədən bilməmələridir. Rəqs meydançası iki hissəyə - qırmızı və mavi rəngli meydançaya bölünür. Müsabiqənin digər bir xüsusiyyəti münsiflər heyətinin olmamasıdır. Seçmə mərhələdən yarımfinala və finala keçən iştirakçıların seçimi, eləcə də qalibin müəyyənləşdirilməsi möhtəşəm yarışı izləmək üçün toplaşan izləyəcilərin müstəsna hüquqları ilə həyata keçirilib. Əvvəlcədən tamaşaçılara verilən ikitərəfli mavi-qırmızı vərəqənin köməyi ilə onlar rəqs yarışmasında hər çıxışdan sonra bəyəndikləri iştirakçıya səs verərək onu qalib seçirlər. Məlikməmməd Abdullayev müsabiqənin qalibi olub. O, Frankfurtda keçiriləcək layihənin dünya finalında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tədbirdə birinci yeri Məlikməmməd Abdullayev tutub, o, ölkəni Frankfurtda keçirilən layihənin finalında təmsil etmək hüququ qazanıb.
BAKI, 5 iyun — Sputnik.Heydər Əliyev Mərkəzinin parkında dünyaca məşhur, çox maraqlı "Red Bull Dance Your Style" rəqs müsabiqəsi keçirilib.
Tədbirdə 16 rəqqas iştirak edib. Onlar küçə rəqsi üslubunda yarışıblar. Layihənin özəlliyi ondan ibarətdir ki, iştirakçıların çıxışları zamanı hansı musiqinin səsləndiriləcəyini əvvəlcədən bilməmələridir. Rəqs meydançası iki hissəyə - qırmızı və mavi rəngli meydançaya bölünür.
Müsabiqənin digər bir xüsusiyyəti münsiflər heyətinin olmamasıdır. Seçmə mərhələdən yarımfinala və finala keçən iştirakçıların seçimi, eləcə də qalibin müəyyənləşdirilməsi möhtəşəm yarışı izləmək üçün toplaşan izləyəcilərin müstəsna hüquqları ilə həyata keçirilib.
Əvvəlcədən tamaşaçılara verilən ikitərəfli mavi-qırmızı vərəqənin köməyi ilə onlar rəqs yarışmasında hər çıxışdan sonra bəyəndikləri iştirakçıya səs verərək onu qalib seçirlər.
Məlikməmməd Abdullayev müsabiqənin qalibi olub. O, Frankfurtda keçiriləcək layihənin dünya finalında Azərbaycanı təmsil etmək hüququ qazanıb.