Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı Piano Festivalında müxtəlif ölkələrin ən yaxşı musiqiçiləri çıxış edəcəklər

CC0 / Free Photos / PianoPianoda ifa, arxiv şəkli
Pianoda ifa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Tədbirin təsisçisi və rəhbəri Şahin Növrəsli hesab edir ki, musiqinin vəhdəti və hər bir ifaçının üslubunun fərdiliyi istənilən tamaşaçını valeh edə, silinməz təəssürat yarada bilər.
BAKI, 5 iyun - Sputnik. İyunun 15-dən 29-dək Bakının müxtəlif konsert salonlarında keçiriləcək ikinci Bakı Piano Festivalında müxtəlif janrlarda çıxış edən musiqiçilər öz məharətlərini nümayiş etdirəcəklər. Tədbirin təşkilatçıları Heydər Əliyev FonduPaşa Holdinqdir.
Festivalın təsisçisi və direktoru Şahin Növrəslidir.
Cazmen hesab edir ki, musiqinin vəhdəti və hər bir ifaçının fərdi üslubu Bakı Piano Festivalının özəlliyidir, istənilən tamaşaçını valeh etməyə və silinməz təəssürat yaratmağa qadirdir.
Tədbirin açılışı iyunun 15-də Heydər Əliyev Mərkəzində olacaq. Mərasimdə amerikalı pianoçu Helen Mersye Şahin Növrəsli çıxış edəcəklər.
Festivalda Azərbaycanın və xarici ölkələrin bir çox tanınmış musiqiçilərinin də çıxışı gözlənilir: Səidə Tağızadə, Arslan Növrəsli, Nurlan Növrəsli, Səbinə İsmayılova, Eldar Məmmədov, Naibə Şahməmmədova, Nərgiz Əliyeva, Norbert Kael (Macarıstan), Vadim Abramov (Almaniya), David Six (Avstriya) və s.
Konsertlər Heydər Əliyev Mərkəzindən əlavə Beynəlxalq Muğam Mərkəzində və Rotunda "Rotunda Roof Garden"də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0