https://sputnik.az/20230605/azerbaycanda-800-e-yaxin-meden-istifadesiz-qalib-455616163.html
Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb
Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb
Sputnik Azərbaycan
İctimai dinləmələrdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə... 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T20:54+0400
2023-06-05T20:54+0400
2023-06-05T21:05+0400
mədən
iqtisadiyyat
yataq
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_0:107:2596:1567_1920x0_80_0_0_b440bbaecbbc3303d44ca90a1628bb49.jpg
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda hazırda 800-ə yaxın mədən istifadəsiz qalıb. Bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Baş katibi Şahanə Sarı "Yerin təki haqqında" Qanun layihəsinin hazırlanması çərçivəsində ictimai dinləmələrdə bildirib. O qeyd edib ki, bu fakt həm də xeyli iş yerinin azalması deməkdir və həmin bölgələrdəki insanlar üçün problem yaradır:İctimai dinləmələrdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirib, lakin onlar ciddi qanun pozuntularına yol verən, vergidən, məsuliyyətdən yayınan sahibkarlara şamil edilməyəcək. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 13 iyul 1394 nömrəli Fərmanının 8.1-ci bəndi ilə Nazirlər Kabinetinə beynəlxalq təcrübələr nəzərə alınmaqla, "Yerin təki haqqında" yeni Qanunun hazırlanması tapşırılıb. Buna uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun layihəsinin ictimai dinləməsi və müzakirələr təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_388:0:2596:1656_1920x0_80_0_0_2b42436cf1e7cae55258801de5eaedaf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mədən, yataq
Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb
20:54 05.06.2023 (Yenilənib: 21:05 05.06.2023) İctimai dinləmələrdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirib.
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda hazırda 800-ə yaxın mədən istifadəsiz qalıb. Bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Baş katibi Şahanə Sarı "Yerin təki haqqında" Qanun layihəsinin hazırlanması çərçivəsində ictimai dinləmələrdə bildirib.
O qeyd edib ki, bu fakt həm də xeyli iş yerinin azalması deməkdir və həmin bölgələrdəki insanlar üçün problem yaradır:
"ATMİA olaraq, bu məsələ ilə bağlı dağ-mədən sahəsində fəaliyyət göstərən sahibkarlardan şikayətlər alırıq. Təklif edirik ki, yeni qanunvericilik qüvvəyə minənədək, sözügedən yataqların istismara verilməsini təmin edilsin".
İctimai dinləmələrdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirib, lakin onlar ciddi qanun pozuntularına yol verən, vergidən, məsuliyyətdən yayınan sahibkarlara şamil edilməyəcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 13 iyul 1394 nömrəli Fərmanının 8.1-ci bəndi ilə Nazirlər Kabinetinə beynəlxalq təcrübələr nəzərə alınmaqla, "Yerin təki haqqında" yeni Qanunun hazırlanması tapşırılıb. Buna uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun layihəsinin ictimai dinləməsi və müzakirələr təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.