https://sputnik.az/20230605/azerbaycan-ordusunda-artilleriya-reisleri-ile-telim-metodiki-toplanis-kecirilib-455606882.html
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib
Sputnik Azərbaycan
Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla... 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T14:14+0400
2023-06-05T14:14+0400
2023-06-05T14:14+0400
müdafiə nazirliyi
hərbi
təlim
hədəf
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455606626_0:49:1000:612_1920x0_80_0_0_929b75335eb6fc33bd166ca8f150467f.jpg
BAKI, 5 iyun — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb. Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda məşğələlər keçirilib. Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib. Qeyd edək ki, keçirilən təlim-metodiki toplanışın əsas məqsədi artilleriya zabitlərinin atəşi idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının daha da artırılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455606626_24:0:859:626_1920x0_80_0_0_512b4e55c9ac334d7a0eb7f36c01e16d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, təlim, hədəf
müdafiə nazirliyi, təlim, hədəf
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib
Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
BAKI, 5 iyun — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.
Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda məşğələlər keçirilib.
Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
Qeyd edək ki, keçirilən təlim-metodiki toplanışın əsas məqsədi artilleriya zabitlərinin atəşi idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının daha da artırılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.