CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

© Sputnik / Mediabanka keçidMinalar, arxiv şəkli
Minalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Mayın 29-dan iyunun 3-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 5 iyun — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 51 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 531,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
ANAMA-dan verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 231, tank əleyhinə 359 mina və 1520 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 3 551, 86 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0