https://sputnik.az/20230605/455632886.html
Ceyhun Bayramov AŞPA rəsmiləri ilə nələri müzakirə etdi
Ceyhun Bayramov AŞPA rəsmiləri ilə nələri müzakirə etdi
Sputnik Azərbaycan
XİN Ceyhun Bayramovun AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşünə dair məlumat yayıb. 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T18:56+0400
2023-06-05T18:56+0400
2023-06-05T19:01+0400
siyasət
nazir
ceyhun bayramov
aşpa
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455633047_0:113:1280:833_1920x0_80_0_0_4f2da4a475adf6ef026042d5709e3989.jpg
BAKI, 5 iyun - Sputnik. İyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən söz açaraq Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib.Habelə, görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr Üçtərəfli bəyanatdan irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan genişmiqyasılı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455633047_143:0:1280:853_1920x0_80_0_0_49b11542c52ba11627916203d387d5b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazir, ceyhun bayramov, aşpa
nazir, ceyhun bayramov, aşpa
Ceyhun Bayramov AŞPA rəsmiləri ilə nələri müzakirə etdi
18:56 05.06.2023 (Yenilənib: 19:01 05.06.2023) XİN Ceyhun Bayramovun AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşünə dair məlumat yayıb.
BAKI, 5 iyun - Sputnik. İyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.
Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən söz açaraq Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib.
Habelə, görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr Üçtərəfli bəyanatdan irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan genişmiqyasılı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.