https://sputnik.az/20230604/satirik-seir-yazirsan-biri-gelib-ele-rey-yazir-ki-senin-yazdigin-alt-ust-olur---boyukcol-455542998.html
Satirik şeir yazırsan, biri gəlib elə rəy yazır ki, sənin yazdığın alt-üst olur - Böyükçöl
Satirik şeir yazırsan, biri gəlib elə rəy yazır ki, sənin yazdığın alt-üst olur - Böyükçöl
Sputnik Azərbaycan
Xeyrəddin Qocanın fikrincə, Gülməli sözlər yazmaq, kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan, kəskin sözlərlə... 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T10:00+0400
2023-06-04T10:00+0400
2023-06-05T18:22+0400
yazıçı
mədəniyyət
satira
yumor
incə yumor hissi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440283695_0:37:2005:1164_1920x0_80_0_0_a13d0d1a0a04b882e0bc0d10895128a3.jpg
BAKI, 4 iyun — Sputnik. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. XIX–XX əsrlərdə Azərbaycan maarifçiləri mürtəce ruhaniyyəti, feodal dərəbəyiliyini, maarif və məktəbin düşmənlərini, cəhaləti satirik əsərlər – şeir, felyeton, hekayə və s. formada tənqid etmişdilər. Ona görə XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Təəssüf ki, bu gün ədəbiyyatda və mediada satirik janrda nə bir yazı, nə də bir ədəbiyyat nümunəsi yaranmır desək, yəqin ki, yanılmarıq. Bir çox satirik əsərlərin müəllifi olan Xeyrəddin Qoca bildirir ki, satira janrının getdikcə unudulmasının başlıca səbəblərindən biri televiziya və radiolarda yayımlanan şit, bayağı proqramlardır:""Satira və yumorun "hörmətdən düşməsi"nin bir səbəbi də teleradio məkanında, mətbuatda gedən şit, bayağı, sözün əsl mənasında, əttökən "məzhəkələrdir". Bunların əksəriyyətinin nə məramı var, nə də məzmunu. Səviyyəsiz insanlar öz yüngüllüklərini nümayiş etdirməkdən başqa heç nəyə qadir deyillər. Beləliklə, onlar bəzi tamaşaçıları da "yüngülləşdirirlər". Tamaşaçı elə bilir ki, gülüş elə belə olmalıdır". O bildirir ki, satira-yumor janrı qısa, konkret yazmağı tələb edir. Hər qələm sahibi satira, yumor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışıq tərzinə uyğun, sözçülükdən uzaq olmalıdır. Yəni, az sözlə böyük fikirlər ifadə etməyi bacarmaq lazımdır. "Gülməli sözlər yazmaq, kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan, kəskin sözlərlə də satira olmaz. Satira-yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə-gülə ağlatmağı, ağlaya-ağlaya güldürməyi bacarmaq lazımdır. Adam təəccüb edir, teleekranlarda Mirzə Cəlilin, Sabirin hekayələrini, şeirlərini oxuyurlar - bir-birinin dizlərinə, kürəyinə şapalaq ilişdirə-ilişdirə, bir-birinin çiyninə çiyinləri ilə toxuna-toxuna, şit-şit, irişə-irişə... Belələri bilməlidirlər ki, satira əyləncə deyil, xalqın dərdidir. O, ürək yanğısı ilə, göz yaşları ilə yazılır. Necə deyərlər, yazıçının bir gözü gülürsə, bir gözü də ağlayır. Xalqın dərdini isə əyləncəyə çevirmək ayıbdır", - Xeyrəddin Qoca deyib. Müsahibimiz əlavə edib ki, səhnələrdə də satirik əsərə "gülüş" qatmaq üçün bəzi aktyorlar min cür lazımsız hərəkətlərə yol verirlər. Onlar bilməlidirlər ki, tamaşaçını güldürərək onun arxasınca getməli deyillər, onları öz arxalarınca aparmalıdırlar. Həm də hamı bilməlidir ki, satiradakı gülüş acı gülüşdür, yəni satira gülmək üçün yazılmır, düşünmək üçün yazılır. Kim deyir ki, insanlar gülməsinlər, amma gülə-gülə düşünsünlər. Onda satirikin əsəri yazarkən hansı hisslər keçirdiyini daha yaxşı başa düşmək olar:"İndi də teatrların satirik əsərlərə ehtiyacı olduğunu qətiyyətlə deyirəm. Tamaşalar xalqın ürəyindən olmalıdır, çünki insanlar "ürəklərindən tikan çıxaran" əsərlərə böyük maraq göstərirlər. Belə olsa, teatrlara tamaşaçı cəlb etmək üçün "əldən-ayaqdan getməyə" ehtiyac qalmaz, tamaşaçı qıtlığı olmaz". Tanınmış yazıçı Kəramət Böyükçöl isə deyir edir ki, Azərbaycanda satira yazanlar sosial şəbəkələrdən onlara olan münasibətləri görürlər, onların yazmaq eşqi elə oradaca ölür: "Satirik bir şeir yazırsan, ya da hekayə yazırsan, oxucunun biri gəlib elə rəy yazır ki, sənin yazdığın alt-üst olur. Bu, birinci səbəbdir. İkincisi isə satira ciddi ədəbiyyat üçün əsas göstərici deyil, sadəcə olaraq vasitəçi rolunu oynayır. Bunun da ən sonuncu nümayəndəsi Baba Pünhan idi. Bu gün satirə yazan heç kimi tanımıram. Bunun da başlıca səbəbi odur ki, oxucular satiraya ciddi baxmırlar. Məsələn, 90-cı illərdə Zamin Hacı satirik yazılar yazırdı. İndi o da anlayı ki, artıq onun dövranı bitib, indi ondan da istedadlı, ondan da satirik statuslar yazanlar var". K.Böyükçölün fikrincə, sovet dönəmində və o dövründən qalmış yazıçılarla oxucular arasında bir səhnə olub. O "səhnə" qadağaları özündə ehtiva edən səhnədir. Amma gənc nəsil oxucu və yazıçı arasında səhnə götürülüb."Tutaq ki, yazıçı hansısa əsərini paylaşır, oxucu əsərlə bağlı fikrini birbaşa çatdırır. Yazıçı da özündə məsuliyyəti dərk edir ki, onun yazdığını oxuyurlar və buna görə onu sərt tənqid edə bilərlər" - deyə yazıçı əlavə edib. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Mübariz Əsgərovun aparıcısı olduğu "Qulp" proqramı həmin dövrün ən sevilən satirik verilişlərində olub. "Qulp" verilişini həm siyasi müxalifət, həm də iqtidar sevib. Mübariz Əsgərovun fikrincə, verilişin bu qədər sevilməyinə səbəb burada qərəzli mövqenin olmaması olub:"Bu verilişlə cəmiyyətə güzgü tutulurdu. 20 ildən artıq efirdə oldu bu veriliş, amma bir dəfə də olsun məhkəməyə düşməmişəm. Ən yüksək postlarda oturan insanlar belə, məndən o verilişin yenidən bərpasını istəyir. Mən o verilişdə azadlığı da hiss etmişəm, eyni zamanda məsuliyyəti də dərk etmişəm. Heç vaxt şəxsi məsələlərə toxunmamışam". Müsahibimiz təəssüf hissi ilə qeyd edir ki, bəzən reytinq xatirinə istər hökumət, istərsə də qeyri-hökumət nümayəndəsinin şəxsi həyatından danışırlar, təhqir edirlər: "Mən həmişə bundan qaçmışam. İndiki jurnalistikamızın ən böyük bəlalarından biri də odur ki, təhqirlə tənqidi, təhqirlə cəsarəti səhv salırlar. Elə bilirlər ki, təhqir etmək cəsarətdir. Məhz buna görə də "Qulp" proqramı sevilirdi, hələ elə bir adam tanımadım ki, o məndən buna görə narazı qalsın. "Qulp" Azərbaycan televiziya tarixində iki ilkə imza atıb. Həm ən uzun publisistik proqram kimi tarixə düşüb, həm də Azərbaycan teleməkanında belə satirik ənənələri olan ikinci veriliş olmayıb. İndi də tamaşaçıların yadındadır. Haraya gedirəmsə, tamaşaçıdan bu verilişin adını eşidirəm".Bir sözlə, həmsöhbətlərimiz o fikirdədirlər ki, sosial şəbəkə və sosial media fenomenlərinin ucuz yumoru səviyyəli və düşündürücü satiranı arxa plana keçirib. Əgər belə davam edərsə, xalqın ümumi səviyyəsi çox aşağı düşəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440283695_0:0:2005:1504_1920x0_80_0_0_ffb8937c01f9007796f6875daf386736.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yazıçı, satira, yumor, incə yumor hissi
yazıçı, satira, yumor, incə yumor hissi
Satirik şeir yazırsan, biri gəlib elə rəy yazır ki, sənin yazdığın alt-üst olur - Böyükçöl
10:00 04.06.2023 (Yenilənib: 18:22 05.06.2023) Xeyrəddin Qocanın fikrincə, Gülməli sözlər yazmaq, kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan, kəskin sözlərlə də satira olmaz.
BAKI, 4 iyun — Sputnik. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. XIX–XX əsrlərdə Azərbaycan maarifçiləri mürtəce ruhaniyyəti, feodal dərəbəyiliyini, maarif və məktəbin düşmənlərini, cəhaləti satirik əsərlər – şeir, felyeton, hekayə və s. formada tənqid etmişdilər. Ona görə XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Təəssüf ki, bu gün ədəbiyyatda və mediada satirik janrda nə bir yazı, nə də bir ədəbiyyat nümunəsi yaranmır desək, yəqin ki, yanılmarıq.
Bir çox satirik əsərlərin müəllifi olan Xeyrəddin Qoca bildirir ki, satira janrının getdikcə unudulmasının başlıca səbəblərindən biri televiziya və radiolarda yayımlanan şit, bayağı proqramlardır:
""Satira və yumorun "hörmətdən düşməsi"nin bir səbəbi də teleradio məkanında, mətbuatda gedən şit, bayağı, sözün əsl mənasında, əttökən "məzhəkələrdir". Bunların əksəriyyətinin nə məramı var, nə də məzmunu. Səviyyəsiz insanlar öz yüngüllüklərini nümayiş etdirməkdən başqa heç nəyə qadir deyillər. Beləliklə, onlar bəzi tamaşaçıları da "yüngülləşdirirlər". Tamaşaçı elə bilir ki, gülüş elə belə olmalıdır".
O bildirir ki, satira-yumor janrı qısa, konkret yazmağı tələb edir. Hər qələm sahibi satira, yumor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışıq tərzinə uyğun, sözçülükdən uzaq olmalıdır. Yəni, az sözlə böyük fikirlər ifadə etməyi bacarmaq lazımdır.
"Gülməli sözlər yazmaq, kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan, kəskin sözlərlə də satira olmaz. Satira-yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə-gülə ağlatmağı, ağlaya-ağlaya güldürməyi bacarmaq lazımdır. Adam təəccüb edir, teleekranlarda Mirzə Cəlilin, Sabirin hekayələrini, şeirlərini oxuyurlar - bir-birinin dizlərinə, kürəyinə şapalaq ilişdirə-ilişdirə, bir-birinin çiyninə çiyinləri ilə toxuna-toxuna, şit-şit, irişə-irişə... Belələri bilməlidirlər ki, satira əyləncə deyil, xalqın dərdidir. O, ürək yanğısı ilə, göz yaşları ilə yazılır. Necə deyərlər, yazıçının bir gözü gülürsə, bir gözü də ağlayır. Xalqın dərdini isə əyləncəyə çevirmək ayıbdır", - Xeyrəddin Qoca deyib.
Müsahibimiz əlavə edib ki, səhnələrdə də satirik əsərə "gülüş" qatmaq üçün bəzi aktyorlar min cür lazımsız hərəkətlərə yol verirlər. Onlar bilməlidirlər ki, tamaşaçını güldürərək onun arxasınca getməli deyillər, onları öz arxalarınca aparmalıdırlar. Həm də hamı bilməlidir ki, satiradakı gülüş acı gülüşdür, yəni satira gülmək üçün yazılmır, düşünmək üçün yazılır. Kim deyir ki, insanlar gülməsinlər, amma gülə-gülə düşünsünlər. Onda satirikin əsəri yazarkən hansı hisslər keçirdiyini daha yaxşı başa düşmək olar:
"İndi də teatrların satirik əsərlərə ehtiyacı olduğunu qətiyyətlə deyirəm. Tamaşalar xalqın ürəyindən olmalıdır, çünki insanlar "ürəklərindən tikan çıxaran" əsərlərə böyük maraq göstərirlər. Belə olsa, teatrlara tamaşaçı cəlb etmək üçün "əldən-ayaqdan getməyə" ehtiyac qalmaz, tamaşaçı qıtlığı olmaz".
Tanınmış yazıçı Kəramət Böyükçöl isə deyir edir ki, Azərbaycanda satira yazanlar sosial şəbəkələrdən onlara olan münasibətləri görürlər, onların yazmaq eşqi elə oradaca ölür:
"Satirik bir şeir yazırsan, ya da hekayə yazırsan, oxucunun biri gəlib elə rəy yazır ki, sənin yazdığın alt-üst olur. Bu, birinci səbəbdir. İkincisi isə satira ciddi ədəbiyyat üçün əsas göstərici deyil, sadəcə olaraq vasitəçi rolunu oynayır. Bunun da ən sonuncu nümayəndəsi Baba Pünhan idi. Bu gün satirə yazan heç kimi tanımıram. Bunun da başlıca səbəbi odur ki, oxucular satiraya ciddi baxmırlar. Məsələn, 90-cı illərdə Zamin Hacı satirik yazılar yazırdı. İndi o da anlayı ki, artıq onun dövranı bitib, indi ondan da istedadlı, ondan da satirik statuslar yazanlar var".
K.Böyükçölün fikrincə, sovet dönəmində və o dövründən qalmış yazıçılarla oxucular arasında bir səhnə olub. O "səhnə" qadağaları özündə ehtiva edən səhnədir. Amma gənc nəsil oxucu və yazıçı arasında səhnə götürülüb.
"Tutaq ki, yazıçı hansısa əsərini paylaşır, oxucu əsərlə bağlı fikrini birbaşa çatdırır. Yazıçı da özündə məsuliyyəti dərk edir ki, onun yazdığını oxuyurlar və buna görə onu sərt tənqid edə bilərlər" - deyə yazıçı əlavə edib.
90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Mübariz Əsgərovun aparıcısı olduğu "Qulp" proqramı həmin dövrün ən sevilən satirik verilişlərində olub. "Qulp" verilişini həm siyasi müxalifət, həm də iqtidar sevib. Mübariz Əsgərovun fikrincə, verilişin bu qədər sevilməyinə səbəb burada qərəzli mövqenin olmaması olub:
"Bu verilişlə cəmiyyətə güzgü tutulurdu. 20 ildən artıq efirdə oldu bu veriliş, amma bir dəfə də olsun məhkəməyə düşməmişəm. Ən yüksək postlarda oturan insanlar belə, məndən o verilişin yenidən bərpasını istəyir. Mən o verilişdə azadlığı da hiss etmişəm, eyni zamanda məsuliyyəti də dərk etmişəm. Heç vaxt şəxsi məsələlərə toxunmamışam".
Müsahibimiz təəssüf hissi ilə qeyd edir ki, bəzən reytinq xatirinə istər hökumət, istərsə də qeyri-hökumət nümayəndəsinin şəxsi həyatından danışırlar, təhqir edirlər:
"Mən həmişə bundan qaçmışam. İndiki jurnalistikamızın ən böyük bəlalarından biri də odur ki, təhqirlə tənqidi, təhqirlə cəsarəti səhv salırlar. Elə bilirlər ki, təhqir etmək cəsarətdir. Məhz buna görə də "Qulp" proqramı sevilirdi, hələ elə bir adam tanımadım ki, o məndən buna görə narazı qalsın. "Qulp" Azərbaycan televiziya tarixində iki ilkə imza atıb. Həm ən uzun publisistik proqram kimi tarixə düşüb, həm də Azərbaycan teleməkanında belə satirik ənənələri olan ikinci veriliş olmayıb. İndi də tamaşaçıların yadındadır. Haraya gedirəmsə, tamaşaçıdan bu verilişin adını eşidirəm".
Bir sözlə, həmsöhbətlərimiz o fikirdədirlər ki, sosial şəbəkə və sosial media fenomenlərinin ucuz yumoru səviyyəli və düşündürücü satiranı arxa plana keçirib. Əgər belə davam edərsə, xalqın ümumi səviyyəsi çox aşağı düşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.