https://sputnik.az/20230604/saatlidaki-qetlin-teferruatlari-ortaya-cixib-455597239.html
Saatlıdakı qətlin təfərrüatları ortaya çıxıb
Saatlıdakı qətlin təfərrüatları ortaya çıxıb
Sputnik Azərbaycan
K. Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb. 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T23:18+0400
2023-06-04T23:18+0400
2023-06-05T09:50+0400
hadisə
saatlı
saatlı rayonu
qətl
təfərrüat
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425700701_0:0:1200:676_1920x0_80_0_0_7477487b18b76bed2807a3ecb5a17063.jpg
BAKI, 4 iyun - Sputnik. Saatlı şəhərində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.“Report”un məlumatına görə, hadisə 4 iyun, gecə saat 01:00 radələrində Saatlı şəhəri, Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.Belə ki, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu aralarında yaranmış mübahisə zamanı xalasının əri, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğluna yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirib.Sərxoş olan E. İsmayılov hadisə yerində keçinib. Məlumata görə, K. Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb.Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425700701_133:0:1200:800_1920x0_80_0_0_3a462e6f843dfe33779ca9f2848ecad3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
saatlı, saatlı rayonu, qətl, təfərrüat
saatlı, saatlı rayonu, qətl, təfərrüat
Saatlıdakı qətlin təfərrüatları ortaya çıxıb
23:18 04.06.2023 (Yenilənib: 09:50 05.06.2023) K. Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb.
BAKI, 4 iyun - Sputnik. Saatlı şəhərində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un məlumatına görə, hadisə 4 iyun, gecə saat 01:00 radələrində Saatlı şəhəri, Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu aralarında yaranmış mübahisə zamanı xalasının əri, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğluna yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Sərxoş olan E. İsmayılov hadisə yerində keçinib. Məlumata görə, K. Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.