https://sputnik.az/20230604/ekspert-baydenin-yixilmasi-her-defe-dunyani-abs-in-zeifliyine-inandirir-455592770.html
Ekspert: Baydenin yıxılması hər dəfə dünyanı ABŞ-ın zəifliyinə inandırır
Ekspert: Baydenin yıxılması hər dəfə dünyanı ABŞ-ın zəifliyinə inandırır
Sputnik Azərbaycan
Analitik qeyd edib ki, bütün dünya dost olduğu kimi, düşmən kimi də “46-cı prezidentin yıxılmasında” özlərinə görə sərfəli imkanlar axtarırlar. 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T20:11+0400
2023-06-04T20:11+0400
2023-06-04T20:12+0400
co bayden
dünya xəbərləri
abş
yıxılmaq
yıxılma
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453604276_0:161:3071:1888_1920x0_80_0_0_28659f41dd8aa8c2cb0b4c27db265739.jpg
BAKI, 4 iyun - Sputnik. ABŞ Prezidenti Co Bayden hər dəfə yıxılanda bütün dünya Vaşinqtonun zəifliyinə əmin olur. Bu barədə “19FortyFive” nəşri Konqresin sabiq əməkdaşı, geosiyasi analitik Brandon Veyxertin sözlərinə istinadən xəbər verib. “ABŞ-ın ulu babası yıxılıb. O, həyacanlı şəkildə ayağa qalxmağa çalışıb”, – deyə Veyxert yazıb. Analitik qeyd edib ki, bütün dünya dost olduğu kimi, düşmən kimi də “46-cı prezidentin yıxılmasında” özlərinə görə sərfəli imkanlar axtarırlar. Veyxertin sözlərinə görə, Baydenin vəziyyəti fonunda dünya liderləri inanılmaz dərəcədə sərfəli qiymətlərlə Qərbdən müstəsna dərəcədə güzəştlər əldə edə biləcəklərini düşünürlər. Bu yaxınlarda Ağ Evin sabiq həkimi Conatan Rayner prezident yıxıldıqdan sonra ona çəlikdən istifadə etməyi tövsiyə edib. “Prezidentə çox ehtiyatlı olmağı məsləhət görərdim, qeyri-sabit yerdə çəlikdən istifadə etmək yaxşı olardı”, - deyə kardioloq Rayner deyib. Rayner qeyd edib ki, Bayden çəliklə necə görünəcəyini bəyənməyə bilər, “ancaq yıxılmaq daha pis görünür”. Xatırladaq ki, iyunun 1-də Baydenin ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının kursantlarının buraxılış mərasimi zamanı yıxıldığı bildirilib. Bayden yıxıldıqdan sonram mühafizəçilər köməyə gəlib və prezidentin ayağa qalxmasına kömək ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453604276_170:0:2901:2048_1920x0_80_0_0_6636311cc122ce3531512dfa694e38df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, abş, yıxılmaq, yıxılma
co bayden, abş, yıxılmaq, yıxılma
Ekspert: Baydenin yıxılması hər dəfə dünyanı ABŞ-ın zəifliyinə inandırır
20:11 04.06.2023 (Yenilənib: 20:12 04.06.2023) Analitik qeyd edib ki, bütün dünya dost olduğu kimi, düşmən kimi də “46-cı prezidentin yıxılmasında” özlərinə görə sərfəli imkanlar axtarırlar.
BAKI, 4 iyun - Sputnik. ABŞ Prezidenti Co Bayden hər dəfə yıxılanda bütün dünya Vaşinqtonun zəifliyinə əmin olur.
Bu barədə “19FortyFive” nəşri Konqresin sabiq əməkdaşı, geosiyasi analitik Brandon Veyxertin sözlərinə istinadən xəbər verib.
“ABŞ-ın ulu babası yıxılıb. O, həyacanlı şəkildə ayağa qalxmağa çalışıb”, – deyə Veyxert yazıb.
Analitik qeyd edib ki, bütün dünya dost olduğu kimi, düşmən kimi də “46-cı prezidentin yıxılmasında” özlərinə görə sərfəli imkanlar axtarırlar.
Veyxertin sözlərinə görə, Baydenin vəziyyəti fonunda dünya liderləri inanılmaz dərəcədə sərfəli qiymətlərlə Qərbdən müstəsna dərəcədə güzəştlər əldə edə biləcəklərini düşünürlər.
Bu yaxınlarda Ağ Evin sabiq həkimi Conatan Rayner prezident yıxıldıqdan sonra ona çəlikdən istifadə etməyi tövsiyə edib.
“Prezidentə çox ehtiyatlı olmağı məsləhət görərdim, qeyri-sabit yerdə çəlikdən istifadə etmək yaxşı olardı”, - deyə kardioloq Rayner deyib.
Rayner qeyd edib ki, Bayden çəliklə necə görünəcəyini bəyənməyə bilər, “ancaq yıxılmaq daha pis görünür”.
Xatırladaq ki, iyunun 1-də Baydenin ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının kursantlarının buraxılış mərasimi zamanı yıxıldığı bildirilib. Bayden yıxıldıqdan sonram mühafizəçilər köməyə gəlib və prezidentin ayağa qalxmasına kömək ediblər.