DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ceyhun Bayramov Türkiyənin sabiq XİN başçısı Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib

© Photo : MFA AzerbaijanДжейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива
Джейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2023
Abunə olmaq
Mövlud Çavuşoğlu yenidən Türkiyənin Przidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın qurduğu yeni Nazirlər Kabinetində yer almayıb.
BAKI, 4 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib.
Ceyhun Bayramov öz Twitter hesabında yazıb:
“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.
Xatırladaq ki, Mövlud Çavuşoğlu yenidən Türkiyənin Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın qurduğu yeni Nazirlər Kabinetində yer almayıb. O, indidən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili kimi fəaliyyətini davam etdirəcək.
Türkiyənin yeni xarici işlər naziri postuna isə əvvəl Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik etmiş Hakan Fidan gətirilib.
Rəcəb Tayyib Ərdoğan və Türkiyənin yeni nazirlər kabineti - Sputnik Azərbaycan, 1920, 03.06.2023
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan Türkiyənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb - FOTOLAR
Xəbər lenti
0