https://sputnik.az/20230604/bu-bitkini-saxlasaniz-zererli-hesaratlar-evinizden-uzaq-olacaq-455557766.html
Bu bitkini saxlasanız, zərərli həşaratlar evinizdən uzaq olacaq
Bu bitkini saxlasanız, zərərli həşaratlar evinizdən uzaq olacaq
Sputnik Azərbaycan
Elm adamları sübut ediblər ki, ətirşah bitkisi olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur. 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T08:03+0400
2023-06-04T08:03+0400
2023-06-04T08:03+0400
elm
ətirşah
bitki
güvə
https://cdnn1.img.sputnik.az/img/40398/41/403984120_0:306:3264:2142_1920x0_80_0_0_cf2644ee9bca45b30eac0503b8aeb65e.jpg
BAKI, 4 iyun - Sputnik. Dekorativ bitki kimi istifadə edilən ətirşahın 280 növü var və əsasən cənubi Afrikada geniş yayılıb.Adından da göründüyü kimi, çox ətirli bitki olan ətirşahın yarpaqlarını ovxaladıqda əldə qəribə və xoşagələn ətir qalır. Bu, limon, alma və nanənin birgə ətrini xatırladır. Ətirşahdan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.İnsan əlinə bənzəyən ətirşah yarpaqları çox gözəldir. Onu həmişə gur işıqlı yerdə qoymaq, qış fəslində isə süni işıqlandırmadan -fitolampalardan istifadə edilməlidir.Ətirşahın bitdiyi torpaq yumşaq və münbit olmalıdır, bitki drenajlanmış torpağı çox sevir. Onun köklərinin çürüməməsi üçün bitdiyi torpaq mütəmadi drenajlanmalıdır. Bəzi ətirşah növləri turş, zəif turş və neytral torpaqlarda bitir. Əgər həyətyani sahədə istixana varsa, onun torpağından götürüb bir qədər qum qatmaqla ətirşah üçün qidalı mənbə yaratmaq olar. Çiçəkləmə dövründə ətirşahın torpağına fosfor, azot və kaliumla zəngin olan gübrələr verilir.Ətirşahın bitdiyi torpağın quruduğunu gördükdə dərhal sulamaq lazımdır, lakin onun ətrafının həddən artıq rütubətli olmasına yol vermək olmaz. Hədsiz çox sulama onu soldura bilər və ya çiçəkləmə dayanar. Qış aylarında isə ətirşah çox sulanmamalıdır. Quraqlığa davamlı olduğuna görə ətirşahın yarpaqlarını yumaq lazın deyil.Ətirşahı toxumla çoxaltmaq olar. Lakin daha yaxşı üsul üzərində zoğ və ya tumurcuq olan kökümsovlar vasitəsilə yetişdirməkdir. Çoxalmanı payız və erkən yaz fəslində aparmaq lazımdır.Bəzən ətirşahda külləmə xəstəliyinə rast gəlinir. Bundan qaçmaq üçün çiçəklədikdən sonra və ya solmağa, təravətini itirməyə başladığı dövrdə bitki kəsilməlidir. yarpaqlarında qonur ləkələr əmələ gəlibsə, deməli, bitkidə göbələk xəstəliyi var. Bunun üçün həmin zədəli yarpaqları dərhal kəsib yandırmaq lazımdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40398/41/403984120_0:0:3264:2448_1920x0_80_0_0_61d21bc3f96dc0b0f4c0492a6970eebf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ətirşah, bitki, güvə
Bu bitkini saxlasanız, zərərli həşaratlar evinizdən uzaq olacaq
Elm adamları sübut ediblər ki, ətirşah bitkisi olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.
BAKI, 4 iyun - Sputnik. Dekorativ bitki kimi istifadə edilən ətirşahın 280 növü var və əsasən cənubi Afrikada geniş yayılıb.
Adından da göründüyü kimi, çox ətirli bitki olan ətirşahın yarpaqlarını ovxaladıqda əldə qəribə və xoşagələn ətir qalır. Bu, limon, alma və nanənin birgə ətrini xatırladır. Ətirşahdan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.
İnsan əlinə bənzəyən ətirşah yarpaqları çox gözəldir. Onu həmişə gur işıqlı yerdə qoymaq, qış fəslində isə süni işıqlandırmadan -fitolampalardan istifadə edilməlidir.
Ətirşahın bitdiyi torpaq yumşaq və münbit olmalıdır, bitki drenajlanmış torpağı çox sevir. Onun köklərinin çürüməməsi üçün bitdiyi torpaq mütəmadi drenajlanmalıdır. Bəzi ətirşah növləri turş, zəif turş və neytral torpaqlarda bitir. Əgər həyətyani sahədə istixana varsa, onun torpağından götürüb bir qədər qum qatmaqla ətirşah üçün qidalı mənbə yaratmaq olar. Çiçəkləmə dövründə ətirşahın torpağına fosfor, azot və kaliumla zəngin olan gübrələr verilir.
Ətirşahın bitdiyi torpağın quruduğunu gördükdə dərhal sulamaq lazımdır, lakin onun ətrafının həddən artıq rütubətli olmasına yol vermək olmaz. Hədsiz çox sulama onu soldura bilər və ya çiçəkləmə dayanar. Qış aylarında isə ətirşah çox sulanmamalıdır. Quraqlığa davamlı olduğuna görə ətirşahın yarpaqlarını yumaq lazın deyil.
Ətirşahı toxumla çoxaltmaq olar. Lakin daha yaxşı üsul üzərində zoğ və ya tumurcuq olan kökümsovlar vasitəsilə yetişdirməkdir. Çoxalmanı payız və erkən yaz fəslində aparmaq lazımdır.
Bəzən ətirşahda külləmə xəstəliyinə rast gəlinir. Bundan qaçmaq üçün çiçəklədikdən sonra və ya solmağa, təravətini itirməyə başladığı dövrdə bitki kəsilməlidir. yarpaqlarında qonur ləkələr əmələ gəlibsə, deməli, bitkidə göbələk xəstəliyi var. Bunun üçün həmin zədəli yarpaqları dərhal kəsib yandırmaq lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.