https://sputnik.az/20230604/azerbaycanli-jurnalistlerin-kelbecerde-sehid-olmalarindan-bir-il-otur-442525451.html
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından iki il ötür
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından iki il ötür
Sputnik Azərbaycan
Şəhid olmuş hər iki mətbuat işçisi Prezident İlham Əliyevin 2021-ci il iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə... 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T16:37+0400
2023-06-04T16:37+0400
2023-06-04T17:07+0400
kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşdülər
cəmiyyət
mina
tarixdə bu gün
jurnalist
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427131406_0:8:1280:728_1920x0_80_0_0_ad7e14920f0f03ee47b32cadf0434f7d.jpg
BAKI, 4 iyun - Sputnik. Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür.Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.Xatırladaq ki, Məhərrəm İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) çalışıb. M.İbrahimov Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Sirac Abışov 29 avqust 1989-cu il tarixində Qubadlıda anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra S.Abışov Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
https://sputnik.az/20210610/Hemkarimiz-Meherrem-Ibrahimovun-eziz-xatiresine-FOTO-427178317.html
https://sputnik.az/20230604/shehid-hmkarmzn-ziz-xatirsin-427172307.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427131406_0:0:1280:960_1920x0_80_0_0_a69e1cdcdcb96cb1f0f29baabefd975c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşdülər, mina, tarixdə bu gün , jurnalist
kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşdülər, mina, tarixdə bu gün , jurnalist
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından iki il ötür
16:37 04.06.2023 (Yenilənib: 17:07 04.06.2023) Şəhid olmuş hər iki mətbuat işçisi Prezident İlham Əliyevin 2021-ci il iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
BAKI, 4 iyun - Sputnik. Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür.
Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.
Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.
Xatırladaq ki, Məhərrəm İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) çalışıb.
M.İbrahimov Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sirac Abışov 29 avqust 1989-cu il tarixində Qubadlıda anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra S.Abışov Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.