https://sputnik.az/20230603/turkiye-kosovaya-herbi-kontingent-gonderir-455559499.html
Türkiyə Kosovaya hərbi kontingent göndərir
Türkiyə Kosovaya hərbi kontingent göndərir
Sputnik Azərbaycan
Təyin olunmuş batalyonun 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır. 03.06.2023, Sputnik Azərbaycan
2023-06-03T15:42+0400
2023-06-03T15:42+0400
2023-06-03T15:42+0400
dünya xəbərləri
kosovo
nato
türkiyə
https://cdnn1.img.sputnik.az/img/41295/96/412959685_0:81:3501:2050_1920x0_80_0_0_e0968896eb3c2976b2314dd68bda99f8.jpg
BAKI, 3 iyun - Sputnik. Türkiyə Kosovonun şimalında regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.“Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib”.Qeyd olunub ki, təyin olunmuş batalyonun 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır.Serbiyanın müdafiə naziri Miloş Vuçeviç mayın 28-də bildirib ki, Kosovoda gərginlik maksimum həddə çatıb və silahlı münaqişəyə çevrilə bilər, Serbiya Silahlı Qüvvələrinin bölmələri bölünməyə davam edir və Kosovo və Metohiya ilə inzibati xətt istiqamətində mövqelər tuturlar.Serbiyanın Milli Təhlükəsizlik Şurası mayın 27-də bildirib ki, NATO-nun Kosovo və Metohiyadakı kontingenti, əyalətin şimalında özünü elan etmiş respublikanın polis qüvvələrinin cümə günü keçirdiyi əməliyyat zamanı BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında öz səlahiyyətlərinə uyğun hərəkət etməyib.Serbiya ordusu maksimum döyüş hazırlığındadır. Serbiya prezidenti Aleksandar Vuçiç cümə günü Priştinanın birtərəfli addımları səbəbindən Kosovo və Metohiyadakı vəziyyətlə əlaqədar Serbiya ordusunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.Dövlət başçısı həmçinin NATO-dan Kosovo və Metohiyada “serblərə qarşı zorakılığı təcili dayandırmağı” tələb edib.Vuçiç ordunun ən yüksək döyüş hazırlığına gətirildiyini və qüvvələrin Kosovo və Metohiya istiqamətində irəlilədiyini təsdiqləyib.Bundan əvvəl, cümə günü Kosovo polisi gözyaşardıcı qaz və səs-küylü qumbaraatanlardan istifadə etməklə əyalətin şimalındakı Leposaviç, Zubin Potok və Zvecan bələdiyyələrinin binalarını zorla zəbt edib.Yerli serblər Kosovo təhlükəsizlik qüvvələri və rəsmilərinin ora daxil olmasına mane olmağa çalışıb, qarşıdurma baş verib. Polisin səs-küylü qumbara, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməsi nəticəsində 10 nəfər yüngül xəsarətlərlə Şimali Mitrovitsa Kliniki Xəstəxanasına yerləşdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41295/96/412959685_328:0:3171:2132_1920x0_80_0_0_9466351c8a587eb7ce5f3e30a4d4b680.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kosovo, nato, türkiyə
Türkiyə Kosovaya hərbi kontingent göndərir
Təyin olunmuş batalyonun 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır.
BAKI, 3 iyun - Sputnik. Türkiyə Kosovonun şimalında regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib”.
Qeyd olunub ki, təyin olunmuş batalyonun 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç mayın 28-də bildirib ki, Kosovoda gərginlik maksimum həddə çatıb və silahlı münaqişəyə çevrilə bilər, Serbiya Silahlı Qüvvələrinin bölmələri bölünməyə davam edir və Kosovo və Metohiya ilə inzibati xətt istiqamətində mövqelər tuturlar.
Serbiyanın Milli Təhlükəsizlik Şurası mayın 27-də bildirib ki, NATO-nun Kosovo və Metohiyadakı kontingenti, əyalətin şimalında özünü elan etmiş respublikanın polis qüvvələrinin cümə günü keçirdiyi əməliyyat zamanı BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında öz səlahiyyətlərinə uyğun hərəkət etməyib.
Serbiya ordusu maksimum döyüş hazırlığındadır. Serbiya prezidenti Aleksandar Vuçiç cümə günü Priştinanın birtərəfli addımları səbəbindən Kosovo və Metohiyadakı vəziyyətlə əlaqədar Serbiya ordusunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.
Dövlət başçısı həmçinin NATO-dan Kosovo və Metohiyada “serblərə qarşı zorakılığı təcili dayandırmağı” tələb edib.
Vuçiç ordunun ən yüksək döyüş hazırlığına gətirildiyini və qüvvələrin Kosovo və Metohiya istiqamətində irəlilədiyini təsdiqləyib.
Bundan əvvəl, cümə günü Kosovo polisi gözyaşardıcı qaz və səs-küylü qumbaraatanlardan istifadə etməklə əyalətin şimalındakı Leposaviç, Zubin Potok və Zvecan bələdiyyələrinin binalarını zorla zəbt edib.
Yerli serblər Kosovo təhlükəsizlik qüvvələri və rəsmilərinin ora daxil olmasına mane olmağa çalışıb, qarşıdurma baş verib. Polisin səs-küylü qumbara, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməsi nəticəsində 10 nəfər yüngül xəsarətlərlə Şimali Mitrovitsa Kliniki Xəstəxanasına yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.