CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb

© Photo : AZERTACŞuşada kütləvi məzarlıq
Şuşada kütləvi məzarlıq  - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik.
BAKI, 3 iyun - Sputnik. Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.
Kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədovun verdiyi məlumata görə, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb.
Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.
Şuşada bir neçə kütləvi məzarlıq var
"Dövlət Komissiyasının arxivində toplanan məlumatlara əsasən, Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var", - Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.
O, hazırda Dövlət Komissiyasının bununla bağlı araşdırma işləri ilə məşğul olduğunu söyləyib:
"Şuşa şəhəri işğal olunarkən əsir və girov götürülmüş Azərbaycan vətəndaşları burada qeyri-insani şəraitdə saxlanılmışdır. Onlara qarşı çoxsaylı beynəlxalq cinayət hadisələri, humanitar normaların pozulması faktları məlumdur. Burada bizim apardığımız təhlillərə görə, işğal dövründə 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Dövlət Komissiyası tərəfindən aparılmış danışıqlar nəticəsində azad etmişik. Amma digərlərinin taleyi bu günə qədər məlum deyil. Güman edirik ki, aşkar olunan yeni meyit qalıqları axtardığımız şəxslərə aiddir".
Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.
Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi ve ekspedisiya rəisi Akif Quliyev isə deyib ki, insan qalıqları Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən tapılıb.
"Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik. Hazırda 3-4 insan skeleti fraqmenti görünür. Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik" - deyə, Akif Quliyev əlavə edib.
Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0